UNO, yoxsa NUH – Əli Bəy Azəri araşdırır

Fikirlər Xatirələr

Azərbaycan alimləri hələ də necə aldadıldıqlarını dərk etmirlər

 

Son illər yadplanetlilər haqqında məlumatlar daha tez-tez gündəmə gətirilir. Hətta Xəzər hövzəsində uçan hədəflər barədə şayiələr dolaşmaqdadır. Sovet dönəmində cəmiyyətdən gizli saxlanılan məsələ indi açıq-aşkar müzakirə müstəvisinə çıxarılır. Hətta fotoşəkilləri də yayımlanır.

Dairəvi nimçə şəklində olan texnika ilə yerə yaxınlaşan yadplanetliləri bu günədək nə tutub saxlayan, nə də onlarla gedib qayıdan olmayıb ki, həqiqəti cəmiyyətə açıqlasın. Əlimizdə olan faktlar bizi “Xortdanın cəhənnəm məktubları”ndan qabağa apara bilmir. Odur ki, mücərrəd məhfumun müzakirəsi deyil, adında olan həqiqətlərə diqqəti yönəltmək vacibdir.

Bizə ruslardan bəlli olan varlığa onların dilində NLO (Neizvestnıy Letayuşıy Obyekt) deyilir. Dilimizə hərfi tərcüməsi belədir: Naməlum Uçan Hədəf, yəni qısaca NUH.

Bəs onda niyə bizim alimlər bunu NUH deyil UNO (Uçan Naməlum Obyekt) adlandırmışlar? “Obyekt” sözü baxmayaraq ki, işlədilir, amma dilimizə yad sözdür. Bəlkə rus alimlərinin təsiri altında belə qəbul edilib? Bəlkə ruspərəst alimlərimiz özləri onlara xoş gəlsin deyə millətə bu formada sırıyıblar? İndi bunları saf-çürük etmək çətindir. Ancaq bir həqiqət var ki, ruslar Azərbaycan ərazilərində NUH adlı peyğəmbərin varlığından xəbərsiz deyildilər. Nuh peyğəmbərin gəmisi barədə də biz necə, onlar da eləcə məlumatlıdırlar. Çox güman ki, insanları və canlıları xilas edən Nuhun gəmisi ilə tez-tez yer kürəsinə yaxınlaşan yadplanetlilərlə bizim təmas qura biləcəyimizdən ehtiyatlanan ruslar bunu bizə belə qəbul etdirməyi daha məqsədəuyğun hesab ediblər. Bəs indi? Alimlərimiz nə fikirləşir?

Başa düşə bilmirəm ki, indi niyə NUH deyil, UNO deyirik?! İndi ki, ruslardan asılı deyilik.

 

Əli BƏY AZƏRİ