İbrahim Tatlıses nəvəsi Burak Baran tərəfindən məhkəməyə verilib

Burak Baran Karakeçili sənətçinin birinci həyat yoldaşı Adalet Saradan dünyaya gələn ilk qızı Gülşənin oğludur.

12 il “Tatlıses Gıda” restoranında məsul köməkçi kimi çalışan və son 3,5 ildə maaş almadığını iddia edən Burak Baran Karakeçili babası İbrahim Tatlısəsə qarşı iddia qaldıraraq məhkəməyə ərizə verib.