Tbilisi ilə Bakını qarışdırıb

Stoltenberq Gürcüstan paytaxtında keçirdiyi mətbuat konfransında Tbilisi ilə Bakını qarışdırıb

O, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin yanında dayanaraq deyib: “Bakıya qayıtmaq və yenidən burada olmaq xoşdur, çünki bu, bizim Gürcüstan və NATO arasında tərəfdaşlığa nə qədər dəyər verdiyimizi göstərir”.

Nə Gürcüstanın baş naziri, nə jurnalistlər, nə də NATO nümayəndə heyətinin üzvləri ona düzəliş etməyiblər, bu, adətən, Avropa rəsmiləri Brüsseldə keçirilən brifinqlərdə oxşar qeyd-şərtlər edəndə olur.