Krasnoyarsk: AZƏRBAYCANLI gənclərimizdən

Xəbərlər

Bu gün beydemir.ru saytı şəhərimizin müxtəlif sahələrdə görkəmli nailiyyətləri ilə seçilən azərbaycanlı gənclərimizdən birinin nailiyyətləri barədə  azərbaycanlı oxucularımıza qısa məlumat vermək istəyir.

 

Qocayeva Güllu Elmar qızı Dmitri Hvorostovski adına Sibir Dövlət İncəsənət İnstitutunun tələbəsidir, dram teatrı və kino aktrisası, aktyorluq, natiqlik və pop vokal üzrə pedaqoqdur.

 

Dəfələrlə ümumrusiya və beynəlxalq vokal müsabiqələrinin laureatı və qalibi olub:

“Səs. Uşaqlar” (4-cü mövsüm) seçmə mərhələsinin iştirakçısı;

2020-2023-cü illərdə Rusiya Gənclərinin Delfi Oyunlarının iştirakçısı;

Komi Respublikasında Gənclərin Birinci Arktika Delfi Oyunlarının iştirakçısı;

“Yeni Ulduz Fabriki” seçmə mərhələsinin iştirakçısı (2024);

Jony, Emin Ağalarov, Kambulat və digər tanınmış sənətçilərlə konsertlərdə eyni səhnədə çıxış edib.

 

Güllü AMOR-un Krasnoyarsk bölməsinin fəalıdır və tədbirlərdə aktrisa kimi iştirak edir. O, həm də Azərbaycan mədəniyyətinin təmsilçisi kimi “Asia Sibir – 2022” Beynəlxalq Gözəllik və İstedad müsabiqəsinin 2-ci vitse-missidir.

 

Gülü xanım ictimai fəallıqla yanaşı idmanı da unutmur və boş vaxtlarında sərbəst güləşlə də məşğul olur.