«XƏZAN» -7 il oxucularla

Xaliq Məmmədov

Əlbətdə, 7 il istənilən jurnal üçün heç də az olmayan yaradıcılıq yoludur. Cürbə-cür sınaqlardan keçmə yolu olub bu illər.

Bu 7 il ərzində “Xəzan” əhatə etdiyi çox şaxəli mövzulara söykənərək minlərlə ürəklərə yol açıb. Jurnalımızda  materiallar müxtəlifliyi müstəqil Vətənimizin ictimai-siyasi-hərbi qələbələrindən tutmuş, elmi- kütləvi, publisistika, bədii tənqidə qədər ədəbiyyatın bütün formalarını özündə cəmləyir. Keçmişimizdən tutmuş bu günümüzə qədər olan bütün mövzulara işıq salır. “Xəzan” bütün fərqli oxucular üçün mənbədir.

Jurnalın fəaliyyətinin əsas istiqamətlrindən biri, ən başlıcalarından biri bizim şair- yazıçılarımızın, o cümlədən, gənc yazarlarımızın yaradıcılıq imkanlarının genişləndirilməsinə yönəlib. Məlum haldır ki, çox yazıçı – şair yaradıcılıq yollarında ilk addımlarını, məhz, “Xəzanın “ səhifəsində atıblar. Bir çox qələm sahibləri üçün tribunaya çevrilmiş bu səhifələrdə atılan addımlarda – dərc olunan rəngbərəng süjetli yazılarda, ədəbiyyatımızda illərlə formalaşan ədəbi yaradıcılıq ənənələrini yaşatmaqla yanaşı, çoxsaylı yeniliklərə də rast gəlmək olur.

Bir məsələni də dəqiqliklə əlavə etmək istərdim ki, “Xəzanın” oxucu coğrafiyası çoxdan Azərbaycanın hüdudlarından aşaraq, keçib qonşu ölkələrə.

Əlbətdə, “Xəzanın” həyatımızda, ölkəmizin Ədəbiyyat adlı məkanında belə aparıcı yerlərdən birinə sahib olmasının səbəbkarı, jurnalın tükənmək bilməyən yaradıcılıq – təşkilatçılıq enerşisi olan  baş redaktoru, hörmətli yazıçımız Əli Bəy Azəridir.

“Xəzanı” və onun dərc olunan materialları xüsusi peşəkarlıqla hazırlayan, bir ailəyə çevrilmiş kollektivini təbrik edirik, uğurlar arzulayırıq.

Qiymət