Rizvan Zaloğlu (Bağırov), şeirlər

Başına döndüyüm

 

Nə müddətdir həsrətindən soluram,

Gəl yanıma, gəl, başına döndüyüm.

Yanaqımdan axıb gələn göz yaşın,

Dəsmal alıb sil, başına döndüyüm.

 

Xəstə mənəm- gəl ol mənim dərmanım,

Başqa vaxtdır, keçib çoxdan dovranım.

Eşq yolunda azıb ömür karvanım,

Göstər mənə yol, başına döndüyüm.

 

Eşqin məni əzablarda üzübdür,

Məçnun könlüm səhralarda gəzibdir.

Zaloqlu da çox dərdlərə dözübdür-

Söyləyirəm, bil, başına döndüyüm.

 

Qocalmışam

 

Yarı omru yola salıb,

Körun neçə qoçalmışam

Hemdem olub dərdə, qəmə,

Günduz, geçə qoçalmışam.

 

Hərdən düşüb boran- qara,

Hərdən çəkilmişəm dara.

Əl çatmayan arzulara,

Uça – uça qoçalmışam.

 

Gah bu yanın, gah o yanın,

Zaloqlu çəkib ziyanın.

Əlinnən namərd dunyanın,

Qaça qaça qoçalmışam.

 

Gülmə

 

Mənim bu müşkül halımda,

Gülmə mənə! Gülmə, gülmə!

Eyib görüb çamalımda,

Gülmə mənə! Gülmə, gülmə!

 

Aqarıb saç, diş tökülür,

Əyilib qədd, bel bükülür.

Ömrün sarayı sökülür,

Gülmə mənə! Gülmə, gülmə!

 

Zaloqluyam, gündən-günə,

Düşürəm mən çox çətinə.

Qara gəlmiş qismətimə-

Gülmə! Mənə gülmə, gülmə!