Rizvan Zaloğlu, şeir

Daglar

Bu həsrəti üzmək ücün,

Üz tutmuşam yola, dağlar.

Ürəyimdə çox sözüm var,

Hər yamaca, yala, dağlar

 

Həm təbibsən, həm də loğman,

Təkcə sənə qalıb ğüman!

İnsafa ğəl, eylə dərman,

Məndə olan hala, dağlar.

 

Zaloğluyam, halım xəstə,

Dərd yıgılır dərdim üstə.

İstəyirəm son nəfəsdə,

Mənə layla çala dağlar.