Məzahir Rüstəmov adına Düz Rəsullu kənd tam orta məktəbində

Kəndimizdən gələn səs

Rayon İcra Hakimiyyətinin başçısı 480 şagird yerlik Düz Rəsullu kənd tam orta məktəbində olmuş, dərs prosesində iştirak etmiş, şagirdlərin dərsə davamiyyəti ilə maraqlanmış, 11-ci sinif şagirdləri ilə ali məktəblərə qəbul imtahanlarında iştirakla bağlı və ixtisas seçimi barədə səmimi söhbət aparmış, tövsiyələrini vermişdir.

Gədəbəy Rayon İcra Hakimiyyəti sizə Milli Qəhrəmanımızın adını daşıyan, bizim doğma əzizi məktəbimizdə olduunuz üçün təşəkkür edirik. Çox istərdik ki, bu məktəbdə şagirdlərin sayı 480 nəfərə çatsın. Məktəbin gözəl müəllim kollektivi var. Uğurları da çox yaxşıdır. Təəsüf ki, şagirdlərin sayı azdır. Çox istərdik, Kənddə yaşayış şəraiti yaxşılaşsın, iş yerləri açılsın, qazilərə, veteranlara xususi güzəştlər verilsin. İnsanlar kənddən şəhərə dolanışıq dalınca qaçmasınlar. Çox uşaqlı ailərə torpaq sahəsi verilməkdə, ev tikməkdə köməklik olunsa yaxşı olardı.

 

Arif Cəfərov, Düz Rəsullu kənd tam orta məktəbinin keçmiş məzunu, ziyalı