Ərəb-Yahudi. Oxşarlıq və fərq — Xaliq Məmmədov

Xaliq Məmmədov
  • Namaz qılmaq, sünnət, donuz əti yemə(mə)k, qiblə, qurban kəsmək… Bunlar necə meydana gəlib? Kimlərə məxsusdur? – Əlbəttə, deyəcəyik, müsəlmanlara məxsusdur. Qurani Kərimdə buyurulub. Bəli, doğrudur. Amma, təkcə müsəlmanlaramı məxsusdur yuxarıda qyd olunanlar? Elohim və Allah – oxşarlıq varmı? Müsəlmanlar “əs-salamu aleykum”, yəhudilər “salom aleyhem” deyirlər –maraqlı deyilmi? Yaxud, “salam” –“şalom” eyni səslənmirmi? Bu gün bütün müsəlman dünyasına şamil olan adət-ənənələr min illərlə tarixi olan iki xalqın dədə-baba adətləri deyilmi? Eramızdan əvvəl ikinci minillikdə yaranmış yahudi dini və kitabları təsir göstəribmi başqa dinlərə, o cümlədən, İslama? Sünnət barədə Quranda hansısa bir göstəriş varmı, hədislərdə nə deyilir? Yahudi Talmudu nə yazır sünnət barədə? Niyə Talmud donuzu qadağan edir və necə izah edir bu qadağanı, bəs Qurani Kərim donuz əti barədə nə deyir?

Bu yazımla dinə qarşı çıxmıram, çıxılası elə bir şey də yoxdur. Bəzi adətlərin oxşarlığı, islamdan əvvəl olması maraq doğurdu. Həqiqəti başa düşmək istəmişəm. Kor-koranə deyilənə qulaq asmağı doğru saymıram. Olub, İslamın bəşərdə rolu barədə yazmışam, dəyərli yazılarım olub – vermişəm xarici mətbuata dərc olunub.

 ALLAH  və Elohim

Yəhudilər Elohim kimi tanınan Yehovaya inanırlar. Müsəlmanlar adı Elohim adına uyğun deyirlər: Allah.

Hər iki dində: ibadət edilməli tək bir tanrı olduğuna inanılır. Bu Tanrı dünyanın yaradıcısı sayılır, dünyada hər şeyə nəzarət edir, keçmişi, bu günü və gələcəyi bilir, heç kim ondan üstün ola bilməz (Xristianlar İsə peyğəmbəri əsas (gələcək Xilaskar) sayırlar)

Hər iki dində: Ortaq əcdadlarına əlavə olaraq, yəhudilər və müsəlmanlar eyni peyğəmbərlərə malikdirlər. Ən mühüm peyğəmbərlər ümumidir: Adəm, Nuh, İbrahim, İshaq, Yusif, Yaqub, Musa, Davud, Süleyman.

Hər iki dində: Tanrı-Allah təsvir (şəkil, rəsm) edilə bilməz, çünki bu, bütpərəstlikdir.

Hər iki dində:  Yəhudilər və müsəlmanlar, xristianlardan fərqli olaraq, İsanı Allah-insan hesab etmirlər. Müsəlmanlar üçün İsa çarmıxa çəkilməmiş Allah onu göyə aparmışdır və o sondan əvvəlki böyük peyğəmbərdir. Yahudilər, hətta, onun tabutdan oğurlandığını deyirlər.

Hər iki dində: Qiyamət gününə inam. Yəhudilər və müsəlmanlar inanırlar ki, axır zamanda qiyamət gələcək, bütün ölülər diriləcək, günahkarlar əbədi əzaba məhkum ediləcək və salehlər üçün əbədi səadət gələcək.

Hər iki dində: Yəhudilər və müsəlmanlar Allaha inanmaqla yanaşı, mələklərə də eyni inanırlar. Hər iki dində mələklər eyni iyerarxiyaya malikdir, ən məşhurları: Mikayıl, Cəbrayıl və Rəfaildir, İslamda onlar Mikayıl, Cəbrail və İsrafil kimi tanınır. Ölüm mələyi də var – Əzrayıl.

Donuz əti

Hər iki dində: Yəhudilikdə təmiz yeməyə koşer, natəmiz yeməyə isə tref deyilir. Koşer yeməkləri haqqında fikirlər “Əhdi-Ətiq” (Tanax kitablarından ibarət) Levililər kitabında qeyd edilmişdir. İslamda təmiz yemək halal, murdar yemək isə haram adlanır. Hər iki dində yemək qadağaları var. Ən məşhur qadağalar donuz əti və qanlı ət yeməklə bağlıdır.

  1. İslamda:“Uca Allah sizə ölü heyvanı, qanı, donuz ətini və Allah yolunda kəsilməyən qurbanları haram etmişdir” (Bəqərə, 173). Bəzən biz bilmirik ki, Rəbb niyə bir şeyi qadağan edib, başqa bir şeyə icazə verib. Donuz ətinə gəldikdə isə, Rəbbin buyurduğu (donuz əti nəzərdə tutulur) belədir (“Heyvan” surəsi). Müsəlman bu qərarın mənasını tapmasa belə, şəriət qərarını yerinə yetirməkdən imtina etməyə icazə verilmir. Müsəlman, haramın mənasını başa düşüb-düşməməsindən asılı olmayaraq, şəriətin icazəli və ya qadağan etdiyi şeylərlə bağlı şəriət qərarını qəbul etməyə borcludur. Uca Allah öz kitabında buyurur: “Əgər Allah və Rəsulu artıq bir qərar vermişsə, mömin kişi və ya mömin qadının qərar verməkdə ixtiyarı yoxdur. Kim Allaha və Onun Elçisinə asi olsa, açıq-aydın bir azğınlığa düşmüşdür” (33:36).
  2. Yahudilərdə: Koşer heyvanlarını yemək olar. Koşer heyvanlarının iki xüsusiyyəti var: gövşəyi çeynəməli və cüt dırnaqları olmalıdır.

Yəhudilər donuz əti yemirlər, çünki Tövratda qadağandır. Bunun simvolik izahı da var. «Donuz ayaq üstə duranda onun cüt dırnaqları olduğunu göstərir. Bu, qoşerin əlamətlərindən biridir. Amma onun başqa mühüm sayılan digər əlaməti yoxdur – gövşəyini geri qaytarmır. Buna görə də, müdriklər donuzları insanlarla müqayisə edirlər ki, öz müsbət keyfiyyətlərini nümayiş etdirmək, ciddi nöqsanlarını gizlətmək və başqalarını çaşdırmaq deməkdir”

Hər iki dində: Namaz

Yəhudilərin və müsəlmanların namaz qılmaq üçün xüsusi bir nizamları var. Yəhudilər gündə üç dəfə dua edirlər: səhər, günorta və axşam. Müsəlmanlar gündə beş vaxt namaz qılırlar. (P.S. Birini Peyğəmbər -4-cünü- Mədinədə əlavə edib)

Yahudilərdə Talmuda (Berakhot 26b (berakhoth (мн. ч. др.-евр. ‏ברכות) görə, gündə üç dəfə dua etmək adəti atalarına — İbrahim, İshaq və Yaquba ünvanlanır. Gündəlik ibadət adətən səhər (şəçərit), günorta (minça) və axşam (maariv) qılınır. Əlavə ibadətləri də çoxdur.

Yəhudilikdə sünnət

Yəhudi ənənəsinə görə, sünnət (ברית מילה‎, brit milah) Allahla İsrail xalqı arasında bağlanmış əhdin (sazişin) simvoludur.

Yahudilərdə sünnət üçün bəraət kimi İsgəndəriyyəli Filonun irəli sürdüyü gigiyena mülahizələri göstərilir. Ancaq bunun səbəb ola biləcəyi ehtimalı azdır. Daha məntiqli izahat Şimon Ben-Elazar tərəfindən Talmudda “Şabbat” traktatında verilir. O deyir: «Yəhudilərin fədakarlıq etdiyi (yolunda çox sınaqlardan keçdikləri) əmr əbədi olaraq onlarda qaldı. Talmudda sünnət vacibliyi: peyğəmbər Yezekel dedi: «Qanında yaşa!» -(axan qanınla yaşa) (Yez. 16:6). Zülmkar Finikiya kraliçası İzebelin dövründən bəri yəhudilər bu əmrin yerinə yetirilməsini qadağan edən hakimiyyətin fərmanlarına dəfələrlə müqavimət göstərmişlər.

Sünnətə görə yəhudilərin ilk təqibləri eramızdan əvvəl II əsrdə yaranmışdır.  Yəhudi xalqını ellinləşdirmək üçün IV Antiox Epiphanes sünnəti qadağan etdi[Bu barədə Makkabilərin 1-ci kitabında deyilir: “Onlar bütpərəstlərin adətinə görə Yerusəlimdə məktəb tikdilər və öz aralarında sünnətsizliyi bərqərar etdilər və müqəddəs əhddən ayrıldılar, bütpərəstlərlə birləşdilər və pislik etmək üçün özlərini satdılar. ”( 1Makk 1:47) və bu əməliyyatı övladları üzərində edənlər ölümlə cəzalandırılırdı. Ellinist yəhudilər bunun səbəbini vermişlər. Yəhudi gəncləri ictimai oyunlarda yunanları təqlid edərək, ənənəvi təvazökarlığa zidd olaraq siyahılarda çılpaq çıxış edir və istehzaya məruz qalmamaq üçün dini əməliyyatın izlərini süni şəkildə gizlətməyə çalışır, bunun üçün çox ağrılı əks-əməliyyata məruz qalırdılar. epispazm kimi (ἐπισπασμός — “dartılmış”). Bu bəlanın qarşısını almaq üçün Helenistik Yəhudilər uşaqlarını sünnət etdirmədilər(1Makk 1:14,15)], bu da Antioxu bu əməliyyatı tamamilə qadağan etməyə sövq etdi.

Bar Koxba üsyanının yatırılmasından sonra, eramızın 138-ci ilində imperator Hadrian tərəfindən yəhudilərin təqibi zamanı, sünnət ölüm cəzası ilə qadağan edildi.

Strabon, Tacitus, Juvenal, Horace və başqalarının yazılarından aydın olur ki, qədim dünyada sünnət vəhşilik sayılırdı və bir çoxları sünnətdən nifrət və istehza ilə danışır, sünnətliləri şəhvət və azğın kimi ələ salırdılar. Lakin hər şeyə rəğmən, bu ritual imperator evləri istisna olmamaqla, tədricən Roma cəmiyyətinin bütün təbəqələrinə nüfuz etməyə başladı. İspan inkvizisiyası zamanı Marranos nəslindən olan rahiblərin inanc qardaşlarını sünnət etdikləri monastırlar aşkar edildi.

Qüdsün dağıdılmasından sonra Vespasian müəyyən etdi ki, yəhudilərin məbədə verdikləri əvvəlki iki drahma vergisi indi Romadakı Yupiter Kapitolin məbədinin xəzinəsinə gedəcək. Yəhudilər bu vergini küfr kimi qəbul etmiş və onu ödəməmək üçün yəhudiliklərini hər cür şəkildə gizlətmişlər. Roma fiskalları, Suetoniusa görə, yəhudilikdə şübhəli bilinən şəxsləri küçədə soyundurur (sünnəti yoxlamaq üçün) və vergi yığırdılar. Bu səbəbdən çoxları epispazm keçirməyə qərar verdi. Bu kimi səbəblər çox yerdə, çox ölkələrdə yahudilərin sünnəti ört-basdır eləməklərinə səbəb oldu. Nasist rejimi dövründə yəhudilərin təqib edilməsi sünnət dərisinin bərpası məsələsini daha çox aktuallaşdırdı. Sünnət yahudinin həyatı üçün təhlükə çevrildi.

İslamda sünnət

İslam rəvayətinə görə, Həzrət İbrahim peyğəmbər Uca Allahın əmri ilə sünnət ayinini yerinə yetirən ilk şəxs olmuşdur. Səhihə əl-Buxari və Müslim, Məhəmməd peyğəmbərin (s) İbrahim peyğəmbərin səksən yaşında öz əlləri ilə özünə sünnət etdiyini dediyi hədislərə istinad edirlər. Məhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə sünnət əksər ərəb qəbilələri, o cümlədən bütpərəst ərəblər tərəfindən həyata keçirilirdi. İbn Abbasa sözlərinə görə, cahiliyyə dövrünün əhali uşaqlarını yetkinlik yaşına çatdıqda sünnət edirdilər [əl-Buxari Səhih əl-Cami; Kister, “’…Və o doğuldu…”, səh. 25]

İslam ənənəsinə görə, Məhəmməd peyğəmbərin (s) özü sünnətsiz (yəni, hazır halda) doğulmuşdur. Məhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) nəvələrini doğulduqdan yeddinci gün sünnət etdi.

Quranda sünnətdən bəhs edilmir, lakin onun zəruriliyi haqqında çoxlu hədislər (ənənələr) vardır. Xəbər verilir ki, bir nəfər Məhəmmədin yanına gəlib: “Mən İslamı qəbul etdim” dedi. Sonra Muhəmməd (salləllahu aleyhi və səlləm)  bu adama əmr etdi: “Küfr saçını at (yəni saçını qırxdır) və sünnət olun” (Əhməd və Əbu Davudun hədis topluları). Həmçinin, əz-Zuhriyi Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) kəlamını belə nəql etmişdir: “Hər kim İslamı qəbul etmişdirsə, yetkin olsa belə, sünnət olunsun” (Hərb hədisləri toplusu). Eyni zamanda, İmam Əbu Hənifə kimi digər İslam ilahiyyatçılarının da sünnəti arzuolunan, lakin vacib olmadığını hesab edən fikirləri mövcuddur.

Quranilər

İslami cərəyanlar arasında kişi sünnətini Quranda qeyd olunmadığına görə rədd edən bir cərəyan var. Bu fikri müdafiə edənlər, Quranda Yaradanın kamilliyinə və gigiyena mülahizələrinə işarə edən ayələrə işarə edirlər. Bəzi Quran əhli sünnətin haram (haram) olduğunu iddia edərək, məsələn, “Nisa” surəsinin 119-cu ayəsində insanın bədənini dəyişdirməyi qadağan etdiyini, “Tin” surəsinin 4-cü ayəsində isə insanın kamil yaradılmış olduğunu iddia edir. Nisa 4:119, ət-Tin 95:4

Namazın istiqaməti

Yəhudilər müqəddəs torpağa — Yerusəlimə doğru dua edirlər. Namazın qılınan istiqaməti “mitsra” adlanır. Əvvəlcə müsəlmanlar da Qüdsə doğru dua edirdilər və bununla da özlərinin yəhudi ənənəsi ilə (hörmət, yaxınlıq, tanışlıq.., nə bilim nə) sayırdılar . Lakin sonra müsəlmanlar özlərini təcrid edərək müsəlmanların əsas müqəddəs şəhəri olan Məkkəyə doğru dua etməyə başladılar. Bununla belə, Qüds hələ də müsəlmanların üçüncü ən müqəddəs şəhəri olaraq qalır.

 

Başqa adətlər

«Bütlər haqqında kitab»: …əl-Kəlbi, əl-Uzzaya ehtiram edilməyindən bəhs edərkən belə deyir: “O, Qüreyş arasında ən hörmətli büt idi. Onun yanına gəlirdilər, hədiyyələr gətirirdilər və qurban verməklə onun rəğbətini qazanmağa çalışırdılar. Olub ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bir dəfə onun adını çəkdi. O buyurdu: “Həmtayfamın imanına tabe olduğum dövrdə əl-Uzzaya hədiyyə olaraq qırmızımsıl bir keçi gətirdim” [12, s. 20].

Salamlaşmaq

Müsəlmanlarla yəhudilərin salamı eynidir. Müsəlmanlar “əs-salamu aleykum”, yəni “sülh və əmin-amanlıq” deyirlər. Salamın qısa forması “salam”dır.

Yəhudilər salam verərkən “salom aleyhem” deyirlər ki, bu da “salam olsun” “sülh və əmin-amanlıq” deməkdir. Qısa forma İslamdakı kimidir — “şalom”.

Belə-belə işlər!

Xaliq Məmmədov