Zeynal Xəlil, görkəmli şairin anadan olmasından 109 il ötür

Azərbaycan şairi, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi Zeynal Xəlilin anadan olmasından 109 il ötür. Zeynal Xəlil gözəl əsərləri ilə rəğbət qazanmış,  özünəməxsus yaradıcılığı ilə seçilən olmuşdur. Erkən çağlarında üzləşdiyi  yetimliyin çətinliklərini, həyatı boyu zamanın bütün ağırlığını, ictimai-siyasi çəkişmələrini, 1937-ci ilin repressiyalarının törətdiyi fəlakətin vahiməsini, İkinci Dünya müharibəsinin soyuq səngərlərinin fəsadlarını varlığından keçirərək həmişə özünü məğrur, qürurlu aparmağı bacaran şair cəmi 59 il yaşayıb.