Yeni “taksi qanunları”. Bakıda “manatlıq” taksilər yığışdırılır?

Xəbərlər

Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə qırx manat məbləğində cərimə ediləcək.
Bəs, belə olan halda “manatlıq” taksilərin aqibəti necə olacaq? Eyni zamanda, yeni qərar taksidə gediş haqqına öz təsirini göstərəcəkmi?
AYNA -nın əməkdaşları onlara qarşı İnzibatı Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokol və cərimə tətbiq edəcəklər.
Bu gündən etibarən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.

Bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.