Yazıçı ƏLİ BƏY AZƏRİnin İMZA GÜNÜ keçirilib -III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı

Xəbərlər

Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir.

24 may 2024-cü ildə öz işinə başlayan Festval ədəbi-bədii kompozisiyalarla müşaiyət olunur. Sərgi mayın 31-də yekunlaşacaq.

 

Qeyd edək ki, türksoylu ölkələrdən alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda oxucular yazıçı və şairlərin şəxsi imzaları ilə qeyd olunan kitabları əldə edə bilirlər.

28 may 2024-cü il tarixdə — Festivalın beşinci günü — proqrama uyğun olaraq “BİZİM MEDİA”nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzan” ədəbi-bədii jurnalının redaktoru yazıçı ƏLİ BƏY AZƏRİnin İMZA GÜNÜ keçirilib.  Yazıçının təqdim olunan «Sərhədçi zabitin etirafı», «Bizi Umudsuz qoyma» povest və hekayələr kitabı, eyni zamanda  «Generalın yefreytor vəkili» romanı oxucular tərəfindən maraqla qarşılanıb.

Tədbirdə xatirə şəkilləri çəkdirilib.