Yazıçı Anar Rzayevin bu gün doğum günüdür

Bu gün “Beşmərtəbəli binanın altıncı mərtəbəsi” romanı ilə məşhur olan, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdür. Yazıçının 85 yaşı tamam olur.

Anar 1987-ci ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin sədridir.

Qocaman yazıçıya can sağlığı və uzun ömür!