Xaliq Məmmədov — şeirlər

Bizlik deyil ( şair dosta cavab)

 

Yollar çətinləşir yaman, a qardaş,

Daha yoxuşdayıq, düz bizlik deyil!

Əllidən o yana boran-qar olur,

Payıza şükür de, yaz bizlik deyil!

 

Qızdırmır könülü daha arzular,

Qəmli sinələrin  çox nisgili var.

Bu gündən sabaha yoxdu etibar,

Qoy çataq yetmişə! Yüz bizlik deyil!

 

Yaradan vermişdi gənclik tək sərvət,

Sağ-sola xərclədik, vermədik qiymət.

Odlu ürəklərə dolubdu zülmət.

Alışan-odlanan köz bizlik deyil!

 

Boylanıb gəncliyin odlu eşqinə,

Yüz yolla «Ah!» çəkək, lələ, xeyri nə?

Növrəstə gözəlin sevən qəlbinə,

Təzəcə salınan iz bizlik deyil.

 

Xaliqəm, yazımız gəlibdi haqdan,

Kim bilər sonunu, söylə, qabaqdan?

Alan da, verən də ulu Yaradan,

Demərəm beş arşın bez bizlik deyil!

 

Insanam 

 

Nә qәdәr yolumda ola sınaqlar-

Kim deyәr, düz yolu azan insanam?

Yalan söz danışmaq uzaqdı mәndәn,

Һaqqın dәryasynda üzәn insanam.

 

Әdalәt divanı qurub özümә,

«Görmürsәn!»- demәrәm görәn gözүmә.

Qadağa qoymaram үrәk sözümә,

Һәr şeyi düzünә yazan insanam!

 

Һaqqın yollarynda kim düşsә dara,

Gücüm yetәn qәdәr edәrәm çara.

Ağa- ağ deyәrәm, qaraya- qara,

Yalanın әlinnәn bezәn insanam!

 

Fәlәk güc eylәyib alsa canımı,

Gizlәdәn deyilәm һaqq sualımı.

Insafsız dүnyaya әrzi һalımı,

Götürüb yan-yana dүzәn insanam!

 

Xaliqәm, yetirim sona sözümü,

Ya artıq, ya әskik tutmam özümü.

Haqqın dәrgaһına tutub üzümü,

Әdalәt divanı gәzәn insanam!

 

Gözlərin

 

Od olub baxışın, düşüb canıma,

Vurub ürəyimə yara gözlərin.

Sevdanın gücünnən olmuşam dəli,

Salıb kəməndinə qara gözlərin.

 

And içib, ilqarı etsək də əzəl,

Ortaya sən saldın hicranı, gözəl.

Yetər naz etdiyin, bir insafa gəl,

Çəkibdi  ömrümü dara, gözlərin.

 

De, necə unudum sənlə keçəni!

Könlümün sultanı bilmişəm səni.

Ovunu itirmiş ovçuyam, məni

Salıbdı borana-qara gözlərin.

 

Vüsal arzusuyla yanıram özüm,

Daha gözləməyə qalmayıb dözüm.

İzin ver, toxansın  üzünə üzüm,

Eyləsin dərdimə çara gözlərin.

 

Xaliqəm, bu sevgim gəlibdi Haqdan,

Güc alır sinəmdə coşan bulaqdan.

Alıb ixtiyarım əlimnən çoxdan,

Gedərəm, aparsa hara gözlərin.