Xaliq Məmmədov

Ədəbiyyat

Аy hayıf

 

Həvəs etdim, bağban oldum, bağ saldım,

Hər zəhmətim çıxdı boşa, ay hayıf!

Cəhd eylədim, vaxt itirdim, can qoydum,

Axır düşdüm yaman işə, ay hayıf!

 

İllərlə suvardım – qəfil qurudu,

Əkdiyim gülləri torlar bürüdü.

Ürək nə sevindi, nə də yarıdı-

Çevrildi qayaya, daşa, ay hayıf!

 

Qayğıkeş olmağım etmədi çara,

Tuş oldu zəhmətim borana, qara.

Xoşniyyət addımlar etdim dübarə,

Axırda gəlmədi xoşa, ay hayıf!

 

Dayandı üstümdə Qadiri – Sübhan,

Çalışdım xeyirə, olduqca imkan.

Sonda bir “sağ ola”a qalmadı güman,

Səhvim çıxdı başdan-başa, ay hayıf!

 

Şirin bildim, hər sədaya dedim “can”,

Qaranlıqlar mənə gəldi çıraqban.

Demədilər, Xaliq, nə sən – nə bağban?

İllər getdi qoşa-qoşa, ay hayıf.