Tərcümə Elmi Arxiv Kitabxanaya qəbul olundu

Fikirlər Xatirələr

 

Nadir şah dövrünün səlnaməçiləri sırasında ən çox istinad edilən iki nəfərdən birisi Məhəmməd Kazım Mərvi olmuşdur. “Nadir şahın Hindistana yürüşü” sərlövhəli əsər səlnaməçinin fars dilində yazdığı üç hissədən ibarət olan “Tarix-i alamar-i Nadiri”-dən (“Dünyanın bəzəyi Nadirin tarixi”) götürülmüşdür. Əsər keçən əsrin 60-cı illərində professor, tarix elmlər doktoru P. İ. Petrov tərəfindən rus dilinə tərcümə olunmuşdur. Rusiyada yaşayan həmyerlimiz, Rusiya Yazıçılar Birliyinin üzvü Xaliq Məmmədov xeyli vaxtdı ki, əsəri Azərbaycan dilinə tərcümə edirdi.

Nəhayət ki, tərcümə işləri başa çatdırıldı və dəyərli mənbə sayılan bu əsər Azərbaycan Milli Elmlər Akademiyası  A. A. Bakıxanov adına Tarix institutuna təqdim olundu.

İnstituun direktoru, professor, tarix elmlər doktoru Kərim Şükürov tərcümənin öyrənilməsi, gələcəkdə tədqiqat materiallarında istifadə olunması məqsədi ilə Elmi Arxiv Kitabxanaya götürülməsinə göstəriş verdi.

Beləliklə, “Nadir şahın Hindistana yürüşü” əsəri Xaliq Məmmədovun tərcüməsində Azərbaycan dilində Elmi Arxiv Kitabxanaya qəbul olundu.

31 may 2023-cü il.