Şamaxıda “Azərbaycan dili və Ədəbiyyatı” Forumu

 

“Azərbaycan dili və Ədəbiyyatı” Forumunun birinci günü başa çatıb.

Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən forumun ilk günü Şamaxıda keçirilib. Forumda ölkənin tanınmış ədəbiyyatşünasları, yazıçı və şairləri, həmçinin dilçi alimləri, filoloqları iştirak edib.

Birinci panel müzakirə qloballaşma prosesinin Azərbaycan dilinə təsiri və dilin saflığının qorunması məsələsinə həsr edilib.

İkinci panel isə, ədəbiyyatda klassik ənənə və yeni metodlar arasındakı qarşılıqlı əlaqə və digər bu kimi məsələlərə həsr olunub.

Panel müzakirələrinin ardından sual-cavab və müzakirə hissələri də olub və forumun ilk gününə yekun vurulub.

Xatırladaq ki, Azərbaycan dili və ədəbiyyatı Forumu 2 və 3 sentyabrda da öz işini davam etdirəcək.