Sabiq nazir müraciət edir (video)

Keçmiş Xarici İşlər nazirimiz Tofiq Zülfüqarov fələstinlilərə həmrəy çıxan azərbaycanlılara müraciətində, fələstinlilərin bizə münasibətindən danışır. “Fələstin həmişə ermənilərə dəstək olub. İstər Yasir Ərafət, istər, Mahmud Abbas Qarabağın işğalı dövrü Azərbaycana qarşı çıxıblar. “Hezbollah” və digər terror qruplarında ermənilər az deyil.” Xarici İşlər naziri olmaq, əsl siyasətçi olmaq deməkdir. Niyə inanmayaq ona, inanaq farsların qoşub düzdüyü “yahudi-mason” nağıllarına?
Ümumilikdə, Livan, Fələstin, İran və onların terror qrupları Azərbaycana heç vaxt xoş arzularla yanaşmayıblar. Tərəzinin bir gözündə onların müsəlman olmağı, namaz qılmaqları durur, digər gözündə Vətənimizə, onun müstəqilliyinə qəsd edən ermənilərə dəstək verməkləri durur. Yaxşı, niyə hansısa azərbaycanlı tərəzinin birinci hissəsini görür? Nə qədər fars nağıllarına, “yahudilər bizə düşməndir” kimi boş şeylərə inanacağıq? Bu gün milli mənafemiz nələri tələb edir? Qurani-Kərim ərəbcədir deyə, ərəbcə danışan, müsəlman çalması geyinən, niyə avtomatik “bizimki” olmalıdır?
Bir ərəb dövləti göstərin ki, bizə dəstək olub! Dost və düşmən bu 30 ildə tanınmalıydı. Əfsuslar!
Türkiyənin siyasəti Ərdoğanın öz arzu – düşüncələri üstündə qurulur. Ərdoğan özünü həm türk dünyasının, həm də islam dünyasının xilas edici sultanı kimi qələmə vermək istəyir. Bir növ “molla rejimi” Türkiyədə də qurulur. İsrail, onların güclü dünya yahudi diasporlarının dəstəyi olmasaydı, Azərbaycan nələrlə, hansı qüvvələrlə – fitnələrlə üzləşəcəkdi? Bu haqqda düşün.