Xaliq Məmmədov (Azadi) (hekayə) “Qaranquş”

Xaliq Məmmədov

İstirahət günü olduğu üçün yuxudan bir az gec oyanmışdım. Çay içərək, həyətə çıxdım. Yayın gözəl günlərindən biri idi. Dörd yan al-yaşıl bəzənmişdi. Quşlar cəh-cəh vurur, nəğmə oxuyurdu. Evin arxasındakı ağaclar bitən,bir qırağında isə tövlə olan həyətyanı sahəmizin gözəl vaxtı idi.

Alabәzәk kәpәnәklәr o yan ,bu yana uçur, çiçәkdәn-çiçәyә qonaraq qarınlarını şirə çəkməklə doldururdular. Quşlar da boş durmurdular. Hərdən , mahnılarına ara verir, şığıyaraq , kəpənək qapıb , yuvaya qayıdardılar.

Qaranquşlar uçaraq, öz uçuş məharətlərini nümayiş etdirir, harasa qonur və һәr dәfә bir ağız nәğm oxuyurdular. Nəğmə qurtarn tək, ildırım tək şığıyıb kəpənək tutub yuvaya qayıdardılar. Həmin dəqiqə, palçıqdan tikilmiş yuvalardan qaranquşun sarıdimdik balaları  ağzını açıb һamısı birdәn civildәyә-civildәyә yem tələb edərdilər.

Kiçik oğlum neçə gün idi, velosipedi sındırıb, düzəldə bilmədiyi üçün kömək gözləyirdi. Qarajı açıb, açar-ucarı götürdüm. Evin arxa tərəfinə keçdim. Velosipedlə burda məşğul olacaqdım.

Xoşum gəlmir evin yola baxan tərəfində iş görmək. Məsləhət verənlr çox olur və vaxt alırlar.

Hardasa, bir saat əlləşdim. Bəzi hissələr pas bağladığı üçün çətinliklə açılıb bağlanırdı. Mən işlədikcə, bir qaranquş bir neçə dəfə yaxınlığa qonub, nəsə cikkildəyir, öz dilində nə isə deyirdi. Bir-iki dəfə o qədər yaxın düşdü ki, cəld olsaydım, tuta bilərdim. Bəxti qaranquşun gətirmişdi ki, pişiyimiz gözə dəymirdi. Əvvəlcə fikir vermirdim. Amma, yavaş-yavaş başladım hirslənməyə.

-Uç, get! Nə istəyirsən? Fikrimi yayındırırsan, mane olursan!

-“Vivit, vit, çirivit! Çerrree…

– Bax, səni tuta bilərəm. Açığım tutdurma, haçaquyruq, açarı da ata bilərəm sənə!

-Vi-vit! Çiri-vit, zerre!..

Əlimi yelldim hirslə. Qaranquş hoppanıb qalxdı havaya, və həmin dəqiqə yenə qondu bir addımlığa. Bir neçə dəfə bu təkrar olundu. Dedim, daha fikir verməyəcəm. Quşdu də, qoy oynasın. Üzümü çevirdim əks tərəfə. Təkəri bağlayırdım yerinə.  Buna baxın! Haçaquyruq keçdi bu tərəfə. Başladı qışqırmağa.

-Çiiviit! Vi-vittt…

Əlimi bərk yellədim. Quş atıldı yarım metr uzağa. Mən dönən tək, o da gəldi durdu bayaqki yerdə. Və başladı səs-küyə.

Axı, qaranquş göyərçin deyil, insanla oynamırlar. Xeyli dayanıb baxdım. Quşa yaxınlaşdım. Demək olar ki, qaçmırdı. Bir addım məsafə var idi aramızda. Mən əyildim, quşa tərəf əl uzatdım. Haçaquyruq atıldı bir addım. Mən, yenə bir addım,

Haçaquyruq da . San ki, quş oyuna çağırırdı məni. İstər -istəməz girdim bu oyuna. Haçaquyruğun bu işi məni tam cəlb etdi özünə. Arada bir fikrimə quşu tutmaq gəldi. Mənə elə gəlirdi ki, Haçaquyruq özünü tutdurmağa razıdır. Amma, bir-iki dəfə, tutmaq cəhdim boşa çıxdığına görə başa düşdüm ki, tuta bilmərəm. Quş qaçmırdı, həm də bərk yaxınlıq da vermirdi, yalnız atılırdı bir addım uzağa. Civiltisini isə kəsmirdi. Mən ayaq saxlayan tək, qışqırıq bir az güclənirdi.

Artıq, gəlib tövlənin yan tərəfinə çatmışdıq. Boş yerə vaxtı itirdiyimi düşünərək, geri dönmək istədim. Qəfil, iki-üç metr aralıdan otların arasından, başqa bir qaranquş qışqırıqla qalxdı. Haçaquyruqla ikinci quş qabağımda dövrə vuraraq yenə qondular yerə. Səsləri isə kəsilmirdi. Onlara diqqətlə baxdım. Yerdə, göy otların arasında yumurtadan təzəcə çıxmış, tüksüz bir quş balası vardı, qaranquş balası.

Tövlənin bu hissəsində qaranquşlar yuva qurduğunu bilirdim. Başımı qardırıb yuvaya baxdım. Tövləni tikəndə, damın kərənlərinin çölə çıxdığı yerdə cəkici, mismarı qoymaq üçün bir metrəlik bir taxta parçasını mismaramışdım altdan yuxarı. Sonra isə yaddan çıxıb eləcə də qalmışdı. Bu taxta parçasının divara söykənən, həm də kərənə mismarlanan baş tərəfində qaranquşlar gildən-palçıqdan ev tikmişdilər. İndi gördüm ki, illərin, fəsil dəyişmələrin təsiri taxtanı çürük vəziyyətə salıb. Taxtanın bir tərəfi-yuva olan tərəfi qopub.  Taxta asılı qalıb şaqulu vəziyyətdə. Yuva taxtanın ucunda, amma dağılmayıb. Tez qaçıb, taxta ayaqaltını gətirdim, divara söykəyib çıxdım yuxarı. Taxtanı yerinə bərkitmək lazım idi. Mismarlamaq olmazdı, zərbədən yuva dağıla bilərdi. Məftil parçası ilə, ehtiyatla taxtanı bağladım yerinə. Yuvanın içində isə, iki dənə sarıdimdik civildəşir, ağızlarını açıb yemək tələb edirdilər. Düşüb, yerdəki, üçüncü balanı ehtiyatla götürdüm əlimə. Haçaquyuq yuvaya qonub, balalarını saydı. Nəsə onlara deyərək yuvadan aralandı. Hər iki quş başımın üstündə dövr edirdilər. Yarım saat qabaq olan səs küy yox idi. Mən onda başa düşdüm ki, Haçaquyruq mənə inanır. Bilir ki, onun balasına pislik etmərəm.

Qalxıb yuxarı, üçüncü balanı da qoydum yuvaya. Düşdüm aşağı. Quşlar növbə ilə yuvaya baş çəkdilər. Hər şeyin qaydada olduğuna inanandan sonra başladılar öz borclarını, ali borclarını yerinə yetirməyə…