Qərb Mədəniyyəti Heyranlığı – Elsevər Bəydəmir yazır

Fikirlər Xatirələr
Bu gün Aqşin Yeniseyin bir yazısını oxudum və razılaşmadığım bir çox məqamlara aydınlıq gətirmək istədim. Günümüzdə zirvədə göstərilən, əslində isə islam mədəniyyətinin övladı olan islam sonrası (qərb mədəniyyətini İslama qədər və İslam ortaya çıxdıqdan sonrakı dövrə görə ikiyə ayırmaq lazımdır. Açıqlaması daha sonra)”Qərb Mədəniyyəti” maddəyə və maddi marağa əsaslanan bir mədəniyyətdir və onun fəlsəfəsi də daxil olmaqla bütün elmi və əqli araşdırmaları bu mədəniyyətin yüksəlişinə xidmət edir. Maddə mədəniyyəti… Kifayət etmədiyi yerlərdə o, öz sivilizasiyasını yüksəltmək üçün lazım olanı müxtəlif coğrafiyalardan, mədəniyyətlərdən və cəmiyyətlərdən sömürərək vəya istismar edərək alır, çünki maddi mədəniyyət bunu tələb edir. Daha sonra isə bu aldığı elementlər və bir çox fundamental elmi nəaliyyətlər özəlləşdirilir və danılır.
Maddə və istismar üzərində deyil, məna, fikir və tolerantlıq üzərində qurulan İslam Mədəniyyəti, altında yatan xəzinədən istifadə edərək özünün qızıl dövrünə qədər (16- cı əsrə qədər) yüksəlmiş, qərb elminə də çox yüksək töhvələr vermişdir. İstəyənlər üçün bunun yüzlərcə nümunələri vardır.
XVII əsrdən başlayaraq isə müxtəlif səbəblərdən geridə qalan bu QIZIL MƏDƏNİYYƏTİN üzvləri qərb heyranlığı və aşağılıq kompleksi nəticəsində istifadə etdikləri materialdan vaz keçərək, onu heyranlıqla qərb mədəniyyəti ilə əvəzləməyə çalışmış və eşitdiyi qərbdən gələn, əslində bu mədəniyyətin genlərini pozan bir çox mənfi elementləri də bu əngin islam mədəniyyətinin içinə daxil etməyə çalışmışdır. Əslində isə bu qərb mədəniyyətindən texnologiyanı, elmi yenilikləri almaq lazım idi… Və nəticə olaraq, dünya rifahını hədəf alan avropa mədəniyyəti ilə həm dünya həm axirət səadətini hədəf alan İslam Mədəniyyəti arasındakı bu mənfi etkiləşim son üç əsrdə İslam sivilizasiyasını təhrif olunmuş bir sivilizasiyaya çevirmişdir.
Müsəlmanlar isə öz keçmişindən, öz intellektual və elmi sərvətindən xəbərsiz olduğundan bu təhrifi düzəltmək əvəzinə: “Mənim mədəniyyətim həmişə geri olub” deyirlər, eynən Aqşin Yenisey kimi dostlarımızın dediyi kimi. Və bu dostlar, bu fikrə qapılıb, Qərbə daha çox bağlanmağa çalışır, daha çox heyranlıq duyurlar…. Soruşsanız ki “Qərb mədəniyyəti”nin içində öz rifahlarını tapırlarmı? Məncə yox. Bu arafda qalan topluluqlar və toplumlar nə oralı nə buralı ola bilmirlər… Əli aşından da, Vəli aşından da olmaq iştə!