Özbəkistanda Azərbaycan ədəbiyyatına dair seminar

Özbəkistanın Nukus Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində seminar keçirilib.

Seminarda Əlişir Nəvai, Nizami Gəncəvi və Məhəmməd Füzuli arasındakı mədəni-ədəbi əlaqələr və onların təsiri ilə Türk dünyasında əsərlər yaradan şairlər, Azərbaycan ədəbiyyatında türkçülük məfkurəsi məsələləri haqqında fikir mübadiləsi aparılıb.