Oğul anasını boğub

Ucarda qadının qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, avqustun 18-də saat 10:30 radələrində 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanın yaşadığı evdə üzərində zorakılıq izləri olan meyitinin tapılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 2000-ci il təvəllüdlü Faiq Qurbanovun evlərində mübahisə zəminində anası Şəlalə Qurbanovanı məftillə boğması  müəyyən edilib.
Qətldən sonra Qurbanov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.