“O olmasın, bu olsun” yenidən səhnədə

“O olmasın, bu olsun” musiqili komediyası yenidən səhnədə

 

Üzeyir Hacıbəyli yaradıcılığının ən parlaq nümunələrindən sayılan “O olmasın, bu olsun” musiqili komediyası martın 18-də Opera və Balet Teatrında nümayiş olunacaq.

 

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşada rolları Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artist Ramil Qasımov (Sərvər), teatrın solisti Günel Hacıyeva (Gülnaz) və başqaları ifa edəcək.

 

Səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq. Quruluşçu rejissoru Hafiz Quliyev olan tamaşa 2006-cı ildə peşəkar vokalçıların ifasında səhnəyə qoyulub. Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

Qiymət