Lənkəranda “Oxu günü”

Lənkəran şəhər Heydər Əliyev adına Mərkəzi Parkda açıq havada təşkil olunacaq tədbirdə kitabların müzakirəsi, kitablarla fləşmob, məktəblilərin intellektual səviyyəsini yoxlamaq üçün ümumi dünyagörüşü və bədii ədəbiyyat sahəsini əhatə edən viktorinaların keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, “Oxu günü” uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda, mütaliəyə marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşıyır.