Hacının 500 000-ə aldığı torpaqda…

Xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumu Hacı Qalib Bilgədəki villasının hasarının sökülməsindən şikayət edib.
“Axşam icra başçısı Adil Vəliyev şəxsən əraziyə gəlib dedi ki, mən təcili olaraq buranı sökməliyəm. Hazırda bağım sökülür, orada traktorlar işləyir. Məhkəmə hanı, məhkəmə qərarı haradadır? O, qışqırıb mənə deyir ki, sən Vasif Talıbovun (NMR-in keçmiş rəhbəri – red.) qonşususan, o, artıq yoxdur. Bir vaxtlar bu torpağı 500 min manata almışam” deyə şikayətlənib.