“Evakuasiya çıxışları “Crocus”da normal işləyirdi

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib.

Bu barədə RİA novosti xəbər yayıb.

“Evakuasiya çıxışları “Crocus”da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər”, — deyə Emin Ağalarov bildirib.

Həmçinin Emin Ağalarov “Crocus”da terror aktından sonra təhlükəsizlik işləri ilə bağlı qanunvericiliyə yenidən baxmaq lazım olduğunu da qeyd edib.

Qeyd edək ki, martın 22-də Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında baş verən terror aktı zamanı 143 nəfər ölüb, 372 nəfər xəsarət alıb.

Qiymət