ƏSRLƏRİN  BƏLASI  (Tarixi poema) Xuraman Zakirqızı

Ədəbiyyat

Proloq

Mənə anlatma dərdi, içim dolu kədərdir,

Üzüm gülürsə sanma, bu adam bəxtəvərdir,

Nə az, nə də azacıq, dərdim dərya qədərdir.

Bilsən mən necə böyük bir acı yaşayıram!

Bölünmüş bir vətənin qəhrini daşıyıram.

 

İstəmirəm, anlatma gedənimdən, qalandan,

Daha seçə bilirəm doğruları yalandan,

Yağıya məskən olub babam tikən İrəvan.

Təbriz kimi qapqara yesirə oxşayıram,-

Bölünmüş  vətənimin qəhrini daşıyıram.

 

Babamız şah Xətai vətəni abad etdi,

Dərbənddən Həmədana torpaqlar qoyub getdi,

Azərbaycan bölündü, düşmən murada yetdi.

Sitəm görmüş xalqımın dərdini yaşayıram,

Paramparça vətənin qəhrini daşıyıram.

***

Bu xalqın xəmiri qəmdən yoğrulub,

Suyuna istiot, duz qatılıbdır,

Elə bil kədərlə əkiz doğulub,

Uşaqkən bəxtinə daş atılıbdır.

 

Əvvəl qərarlaşıb iki ac həris,

Kim deyir xalqımdan rəy alınıbdır?!

Bölüblər yarıya səssiz, xəbərsiz,

Arazla ortaya sədd salınıbdı.

***

Canımdan çox sevdim yurdu, ölkəmi,

Yaradı köksümdə vətənin qəmi.

Millətə sevgimi, yada öfkəmi

Vərəqlər üstünə daşıyıram mən,-

Can Vətən! Qəhrini yaşayıram mən.

 

Öyrəndim tarixdən gör nələr, nələr,-

Canlandı gözümdə acı səhnələr,

Böldü bu torpağı fitnə-ibnələr.

Can Vətən! Qəhrini yaşayıram mən,-

Dərdimi yazmağa başlayıram mən…

 

***

I HİSSƏ

TARİXDƏN GƏLƏN SƏS

 

Gülüstan kəndinin gül-çiçəkləri

Bir günün içində soldu, saraldı.

“Gülüstan” bağlandı, o gündən bəri,

Bu kəndin alnında bir ləkə qaldı.

Vahabzadə (Gülüstan poemasından)

 

On doqquzuncu əsrin lap əvvəlindən,

Gəldi bir araya iki hökmedən.

Qol qoydu bir işə iki qəsbkar,

Yarıya bölündü gözəl bir diyar…

Böldülər bir yurdu şəxsi mal kimi,

Xalqım hüquqsuzdu onda qul kimi.

Arazla çəkdilər ortalığa sədd,

Ölkəmin köksündən çəkildi sərhəd.

Çəkildi bir xalqın ürəyi şişə,

Yağlı tikə kimi vurdular dişə.

Məmnundu işindən iki bişərəf,

Qalmışdı kənarda xalqım bitərəf…

“Gülüstün” adında qandal vuruldu,

Böyük bir ölkənin bağrı yarıldı.

Niyə daş yağmadı göylərdən Allah?!

Hələ də cəzasız qalıb bu günah!

Bir ANA bölündü iki şaqqaya,

Buna nə dağ dözər, nə daş, nə qaya…

Vətənim deyilmi olan tarimar?

Qardaş qardaşına həsrət, intizar,

Harda belə ayrı düşüb qohumlar?!

Əməlindən razı bölən, böldürən.

Saziş bağladılar sevincək, həmən

Paramparça oldu anamız VƏTƏN…

Düşdü bir-birindən ayrı uluslar,

Güldü bir yanda fars, bir yanda ruslar.

Kəsdi torpağımı dəmir tel-tikan,

Dəyişdi əlifbam, dəyişdi lisan.

Xaincə vurdular düz kürəyindən,

Xalqım yara aldı saf ürəyindən.

Hələ bunlar azmış, bir də ki, qəsdən

Yurdumu haylara etdilər məskən.

Alındı xalqımdan İrəvan, Göyçə

Boşaldı Zəngəzur güc yetməyincə.

Qədim Rəvan oldu paytaxtı hayın,

Eşidən olmadı türkün harayın…

Günahsız millətim olundu sürgün,

Düşdü ocağından aralı, köçgün.

Doğma Dərələyəz, o cənnətməkan,

Bizə zindan oldu, yadlara meydan.

Fəda oldu canlar, töküldü çox qan,

Əzəldən olmayıb haylarda vicdan.

Ulu torpağını tərk etmirdi xalq,

Od vurub yandırdı erməni alçaq.

Gedirdi çox gizli məkrli oyun,

Məqsəd məhv etməkdi türklərin soyun.

Bütün türk yurdların ta Araz boyu,

Viran eləyirdi erməni hayı.

Bir ucu Naxçıvan, bir ucu Bakı,

Bir ucu Təbrizim, Quba, Şamaxı,

Daşnak Andranik talan edirdi,

Qırğınlar törədir, viran edirdi.

Xalqım öz torpağın, dogma vətənin,

Qədim yurd yerlərin, ulu məskənin

Vermək istəmirdi yağıya, yada,

Çıxmırdı evindən, şəhid olsa da…

Döyüşüb, vuruşub küçəbəküçə,

Etiraz edirdi o, böyük gücə.

Soyumuz sitəmlər çəkdi yağıdan,

Torpağı qorumaq olmadı asan.

Qudurmuş daşnaklar yandırdı, yaxdı,

Günahsız xalqımın qanları axdı.

On minlərlə yaşlı, igid növcavan,

Yurd, torpaq uğrunda keçdi canından.

Vətənin o çətin, o dar günündə,

Xalqımın kimsəsiz, o zar günündə

Gəldi Türk ordusu imdada yetdi,

Qovub daşnakları məğlub da etdi.

Əsrlər keçsə də, ötsə də zaman,

Nuru paşam çıxmaz xalqın yadından.

 

II HİSSƏ

QOCA ŞƏRQƏ DOĞAN GÜNƏŞ

 

Könlümə tək Kəbə yapdım səni mən,

Sənsiz neylim qürbət eldə günü mən?

Sənsiz neylim Allahı mən, dini mən,

Azərbaycan mənim taxtım, tacım oy.

Oyanmazmı kor olası baxtım oy!

Almas İldırım.

 

Millətin içindən ziyalı kəslər,

Duyurdu yadelli, işğalçı səslər…

Yeraltı, yerüstü sərvət var deyə,

Qonurdu “milçəklər” dada, şirəyə.

Bir yanda ruslardı, bir yanda İran,

Bir yandan ingilis, bir yandan alman.

Hər kəsin marağı vardı bu yerdə,

Ən böyük bəlaydı ermənilər də.

Xalqımın, millətin  ,,yazıq qonağı”

Daşımış  həmişə “ilana  ağu”…

Xain tülküdürlər, başqa adı yox,

Cinsi ilan tipli yaramaz məxluq.

Məlumdur hər kəsə məkri, hiyləsi,

Türkü sevməyənin olar köləsi.

Yaxşılıq anlamaz bu “zavallı xalq”,

Məqsədi, məramı torpaq qoparmaq.

Bölünmüş Vətənim gör neçə yerə,

Paramparça olmuş göz görə-görə…

Nefti cəlb edirdi cümlə cahanı,

Başı bəlalıydı Azərbaycanın.

Vətən qəhri çəkən aqillərimiz,

Müşfiqlər, Sabirlər, Cavidlərimiz,

Əhməd Cavad, dahi Məhəmməd Əmin,

Bilirdilər xalqın dərdin-sitəmin.

Müsavatçı firqə, aydınlarımız

Elin dərd-sərini duyanlarımız,

Düşünüb, daşınıb haqqa sarıldı,

Yoxdan var olan bir dövlət quruldu.

Gecəni gündüzə calaq etdilər,

Dincliyi özünə yasaq etdilər.

Dedilər, dikəlsin gərək qəddimiz,

Qorunsun yadlardan sərhədlərimiz.

Müstəqil, suveren bir dövlət kimi,

Tanınaq ən azad cəmiyyət kimi.

Açıq, şəffaf yolla yığdılar səsi,

Seçildi ölkənin Milli Məclisi.

Bəyanat yayıldı dostlara, yada,

Tanındı ölkəmiz bütün dünyada.

Üçrəngli bayrağım dalğalanırdı,

Müstəqil dövlətim vüqarlanırdı.

Qanunlar, qərarlar dəyişdi bütün,

Nəfinə yazıldı xalqın, millətin.

Qurucu insanlar çalışdı, durdu,

Tam azad görməkçin bu gözəl yurdu.

O millət atası Məhəmməd Əmin,

Çəkdi əzabını xalqın, dövlətin.

Ölkəyə istiqlal, xalqa hürriyyət!

Gətirmək istədi ilk Cümhuriyyət.

Azadlıq! İstiqlal! Nə şirin duyğu!

Verildi qadına seçmək hüququ.

Millətlər içindən gəldi səsimiz.

Tanındı özgürlük tələblərimiz!

Müstəqil hökumət, azad məhkəmə

Yenilik gətirdi gözəl ölkəmə.

Həm dəyər qazandı elm və təhsil.

Sürdü bu azadlıq cəmi iki il.

Çəksə də nə qədər əzab-əziyyət,

Cəmi 23 ay baş tutdu niyyət…

Işğalçı ordular gəldi şimaldan,

Yenə qəsb edildi can Azərbaycan.

Alındı əlindən haqqı, sərvəti,

Quruldu yerində sovet dövləti.

Müsavat, türkçülük olundu yasaq,

Qurucu insanlar düşdülər qacaq.

***

                  III HİSSƏ

QIRMIZI TERROR VƏ YA

VƏTƏNİMİZİN YENİDƏN İŞĞALI

 

Gəldi qatarlarla yadelli ordu,

Bolşeviklər tamam qəsb etdi yurdu.

Hələ çox zəifdi ordu, hərbiyyə,

O da bölünmüşdü neçə cəbhəyə.

Milli hökumətə müxalif çoxdu,

Nə yazıq, daxildə həmrəylik yoxdu.

Güya sosializm quruldu burda,

Ruhlara qandallar vuruldu burda.

İlk əvvəl millilik çıxdı sıradan,

Keçdi iş başına Kirov, Mirzoyan.

Düşünən başlara tutuldu divan…

Qərarlar gəldikcə “lap yuxarıdan”,

Xain sayılırdı yüz minlərlə can-

“Antisovet ünsür ya özülqazan”.

Hər kəs bir-birindən şübhə edirdi,

Donosla insanlar həbsə gedirdi.

“Böyük təmizləmə!”- verildi qərar-

Qaldı çöküntülər, getdi qaymaqlar.

Xalqlar öz yurdundan edildi sürgün,

Köçkünə dönürdü insanlar hər gün.

Dağıldı millətin yurdu-yuvası,

Gəzirdi ölkədə ölüm havası.

Ağır katorqalar, QULAQ yarandı,

Namuslu adamlar hey cəzalandı.

Sibir şaxtasında dondurulan kim,

Ehtiyac içində sındırılan kim.

Nargin adasında güllələnən çox,

Soyuq zindanlarda sillələnən çox.

Zülm davam etdi ötdükcə illər,

Silindi dünyadan bütöv nəsillər.

Başda Stalindi, burda Mircəfər,

Çaldılar xalqların üstündə “zəfər”.

Əzablı  illərdi, ağır zamandı,

Sovet quruluşu əsil zindandı.

Dolandı çox illər, yetişdi qırx bir,

Bir gün hücum etdi qəsbkar Hitler.

Əlində sürətli işğal planı,

Lərzəyə salmışdı bütün cahanı.

SSRİ adlanan böyük bir diyar,

Müxtəlif millətlər, müxtəlif xalqlar,

Səfərbər edildi bir nəfər kimi,

Beləydi rəhbərin qərarı, hökmü.

Hitler bombalayır, vermirdi aman,

Məhv oldu cəbhədə nə qədər insan..

Çox böyük qırğınlar, qanlar bahası,

Milyonlarla həyat, canlar bahası,

Dörd il davam etdi bu müharibə,

Qara xəbər gəldi nə qədər evə…

Çəksə də insanlar aclıq, səfalət,

Qələbə qazandı sonda, nəhayət.

Bakı nefti ilə sovet tankları,

Sürətlə gedirdi Berlinə sarı.

Daşındı yanacaq birbaş cəbhəyə,

Neftimiz töhfəydi bu qələbəyə!

Qayıtdı minlərlə insan yarımcan,

Qayıda bilmədi min-min qəhrəman.

Dönsə də cəbhədən nə qədər əsir,

Onlara son mənzil sayıldı Sibir.

Yəni çox sərt idi burda qanunlar,

Yoxsulluq, qıtlıq da alırdı canlar…

Pərəstiş yaradıb şəxsiyyətinə,

Qorxu təlqin edib cəmiyyətinə,

Stalin olmuşdu hakimi-mütləq.

Həyat təlatümlü, həyat yeknəsək…

Yoxdu xoşbəxtlikdən burda bir nişan,

Təcrid olmuş bu yer sanki dünyadan…

Beləcə, ,,ta başdan iyləndi balıq”,

“Xalq düşməni” çıxdı “böyük atalıq”!

Rəhbər dəyişsə də, qaldı o qayda,

Bundan vətəndaşa gəlmədi fayda.

Yenə var-yoxumuz daşındı, getdi,

Yenə haqlarımız çeynəndi, itdi.

Yenə müstəmləkə sayıldı ölkəm,

Yenə “Böyük qardaş” danışdı ötkəm.

Yenə də senzura, istismar, yalan,

Xalqlar asılıydı imperiyadan.

Bütün qərarlar da gəlirdi başdan,

Hər şey yanlış idi ta yaranışdan…

Müstəmləkə tipli iyrənc quruluş

Yetmiş il zorluqla gətirdi duruş.

Qanunlar yazılır rusun dilində,

Ölkə qaynayırdı öz daxilində…

Xalqlar narazıydı, xalqlar narahat,

Dayanıb durmuşdu bu yerdə həyat.

Çürüyüb gedirdi ölkə dərindən,

Artıq çat vermişdi  özül yerindən.

Belə bir zamanda, “durğun” bir vaxtda,

Qorbaçov əyləşdi “siyasi taxtda”.

***

Səksən səkgizinci-bu həmin ildi,

“Yenidənqurma”ya qərar verildi.

Güya “azadlığa”, yeni həyata,

Aparırdı bizi Qorbaçov “ata”.

Yaman sarsılmışdı “xalqlar dostluğu”

Partiya duymurdu xalqı, çoxluğu,

Əməkçi insanın yoxdu xoşluğu…

Özülü yalandı, təməli yalan,

Dostluğu da yalan, əməli yalan.

Xitab olunsa da, hər kəsə “yoldaş”,

Zorla etmək olmaz xalqları qardaş.

Üzdə deyilsə də qardaş, müttəfiq,

“Ağayla” qul olmaz nə dost, nə rəfiq.

***

 

IV HİSSƏ

BÖYÜK DÖVLƏTİN ÇÖKÜŞÜ…

(20 Yanvar faciəsi.., erməni

terrorunun başlanması )

 

Yenə öz işində rus şovinizmi,

Ölkə xatırladır imperializmi.

“Böyük qardaş” daim versə də fərman,

Xalqların dərdinə olmurdu dərman.

Yuxarılar yığmış hesabsız sərvət,

Aşağılar çəkir min bir əziyyət.

Sonu yetişirdi bu əsarətin…

Özgürlük haqqıdır hər bir millətin.

Xalqlar narazıydı ta yaranışdan,

Dağılıb gedirdi SSRİ başdan.

Düşünürdü bütün ölkələr, xalqlar;

-Biz azad yaşasaq nə gözəl olar?!

Allahın verdiyi sərvətim, varım,

Ruzi, bərəkətli gözəl diyarım,

Qızıl mədənləri, varlı torpağım,

Dənizdə, quruda neft-qaz yatağım…

Hər bir nemətim var, çox böyük sayda,

Daşınıb getməzsə, xalq görər fayda.

Belə düşünürdü aqil insanlar-

Vətəni sevənlər, müdrik olanlar.

İmperiya quran şovinist güclər,

Torpaq hərisləri, əllaməçilər,

Yollar axtarırdı dəyişsin durum,

Saxlansın SSRİ, qalsın bu qurum.

Düşünüb-daşınıb tapdılar çarə,

Nifaq toxumunu səpdilər yerə.

Kiçik qardaşlar da aldandı şərə,

Çatıldı ocaqlar göz görə-görə.

Moldova, Ukrayna, qonşu Gürcüstan,

Burda da “Qarabağ”- can Azərbaycan.

“Parçala, hökm sür!”- bəlli siyasət,

Bəxş etdi “dostlara” nifrət, ədavət.

Ocaqlar çatıldı, qızışdı dava,

Oda yanacağı tökdü “qlava”.

Girib cilddən-cildə, cürbəcür rola,

İmkan vermədi ki, barışıq ola.

Yağlı vədələrlə aranı qatdı,

Hər iki tərəfə silahın satdı.

Aldanıb erməni şirin yalana-

“Dənizdən -dənizə Ermənistana”,

Nankor gəlmələrim, xain düşmənim,

Bizim gözəl yurda kəsildi qənim.

Nə qədər yer versək, gözləri doymur,

Verdiyi sözə də heç məhəl qoymur.

Özü gəlmə, yurdsuz olsa da bivec,

Türkün düşmənləri verdi ona güc.

Girib yurdumuza, qırğınlar saldı,

Soyqırım törədib torpaqlar aldı.

Sürgün oldu xalqım öz yuvasından.

Düşmən güc alırdı “balayanlardan”.

Xalqım torpağından dərbədər oldu,

Yığıldıq boğaza, səbirlər doldu.

***

 

20 YANVAR QIRĞINLARI

 

1990  İyirmi Yanvar!..

Girdi Bakımıza qan tökən qoşun.

Küçədə, yollarda nə ki, adam var,

Gəldi hədəfinə güllə yağışın…

 

Azadlıq hayqıran, sülh istəyən xalq,

Öz doğma elində qana bələndi…

Kim vermişdi zalım irticaya haqq?!

Əli yalın qoca, gənc güllələndi?!

 

Zalımlar xalqımı batırdı yasa…

Xainlər öldürdü çox günahsızı.

Ölümə tuş gəldi kiçik Larisa,

Güllələr ömrünə son qoydu qızın.

 

Tankın tırtılları əzib keçirdi,

Hətta, vurulurdu “təcili yardım”.

O gecə ətrafa ölüm saçırdı,

Qəzəbə gəlmişdi torpağım, yurdum?!

 

Ölüm kabusuydu tankın ,,kölgə”si,

Döndü qan gölünə gözəl Bakımız…

“Düşmən” sayılırdı odlar ölkəsi,

Həmin gün dağıldı “ittifaqımız”.

 

Qəflət yuxusundan qalxıb oyandı,

Dostunu, düşməni tanıdı XALQIM…

Zalımın önündə çox sərt dayandı

“Yalançı qardaşı” qınadı XALQIM!

***

 

XOCALI  FACİƏSİ

 

Xocalı-xalqımın qeyrət sancısı,

Xocalı- millətin qisas yanğısı…

Xocalıda evlər, insanlar yandı,

Uşaqlar, böyüklər qana boyandı,

Kəsildi oğullar qurban sayağı,

Zəncirə bağlandı insan ayağı.

Heç nə anlamayan məsum uşaq da

Qaçıb gizlənirdi küncdə-bucaqda.

Tökülmüşdü millət buzlu yollara,

Düşmüşdü sakinlər qərib hallara.

Cəlladlar durmuşdu insan qəsdinə,

Meyitlər səpilmiş qarın üstünə.

Dünyanın gözünün önündə, heyhat,

Söndü bir obada yüzlərlə həyat…

Yırtıcı, qaniçən, heyvandan betər!

Anadan süd deyil, zəhər içmişlər.

Cəllad doğulublar ta yaranışdan,

Zalımın ürəyi daşdandır, daşdan.

Bir gecə içində böyük bir yurdu,

Dağıdıb, yandırıb göyə sovurdu

Türkün nankor, xain, satqın düşməni,

Daşnak təxəyyüllü azğın erməni.

Eşidib bilənin ürəyi yandı,

İnsanlıq adına xəcalət sandı.

“Xalqlar dostluğundan”danışan ağa,

Kor oldu bu zülmü yapanda dığa.

Çünki ideyanı özü vermişdi,

Tülkü tək arxada dona girmişdi.

Nə bir yol pislədi, nə lənətlədi,

Nə də günahkara cəza istədi.

Heç səsi çıxmadı böyük güclərin,

Türkə nifrət hissi tutdu gözlərin.

***

V HİSSƏ

 

Qarabağ talanı- Laçın, Kəlbəcər və

 digər işğal olunmuş rayonlarımız

 

İşğalçı pisləndi sözdə sərt, qəti,

Qarışdı bu işə ATƏT, BMT.

Dörd qərar verildi təcavüzkara,

Lakin bu qərarlar gəlmədi kara.

Baiskar gizlənib arxa planda,

Əsla görünmürdü açıq meydanda.

Daşıdı sursatı qatarla gizlin,

Artırdı iştahın ermənilərin.

Yenicə müstəqil olmuşdu yurdum,

Hələ çox zəifdi dövlətim, ordum.

Həm sağdan, həm soldan gördük xəyanət,

Cənnət yurdumuzu qəsb etmək- niyyət.

Vətənin köksündən sərhəd çəkildi,

Ağaclar yerinə mina əkildi…

Viran qoydu düşmən bizim elləri,

Arxası güclüydü, getdi irəli.

Silahı, sursatı, dəstəyi güclü,

Əlbir oldu rusla erməni bici.

Qalaq -qalaq daşa çevrildi Ağdam,

Qubadlı, Cəbrayıl dağıldı tamam.

Adını dəyişdi Laçın, Kəlbəcər,

Gözəl Zəngilandan qalmadı əsər…

Şuşamda açmadı xarı bülbülllər,

Ətrini ətrafa yaymadı güllər.

Yağılar yurdumu soydu, taladı,

Bizim olanları tam yağmaladı.

Danışıq adıyla uzandı illər,

Əsdi üstümüzdən çox qara yellər.

İşğal altda yanıb, inlədi yurdum,

Nə qədər igidlər itirdi ordum.

Hər biri qəhrəman, hər biri mərddi,

Torpağın işğalı çox ağır dərddi.

***

Milli Qəhrəman Mübariz İbrahimov deyirdi, “Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən…” Sözünün əvvəli də, axırı da Vətən idi. O, öz vətənini qorumağı və şəhid olmağı bir övlad kimi şərəf borcu bilirdi.

On minlərlə cəsur, ərən oğullar,

Vətənin yolunda canın qoydular.

Saymaqla qurtarmaz qəhrəmanları,

Yurdumun sayseçmə mərd oğlanları.

Nə qədər arxalı olsa da düşmən,

Üstün ola bilməz nər Mübarizdən!

Xocalıda Əlif, Şuşada Ramiz,

Laçında Əliyar, Allahverdimiz,

Ağdərədə pilot Zakir Məcidov

Yağdırdı düşmənin başına alov.

MÜBARİZ! Həm adı, özü mübariz

Seyid nəslindəndi, imanlı, təmiz.

Düşmənə nifrəti, hiddəti dərin,

Kimsəyə açmırdı düşündüklərin.

İdmanla qüvvəsin artırırdı o,

Nifrətin, qəzəbin yatırırdı o.

Planlar cızırdı, qərar alırdı.

Hərbin sirlərinə vaqif olurdu.

Kəşfiyyat etmişdi mərdim neçə yol,

“Düşmən postlarına hardan gedir yol?”.

Gecə də, gündüz də rahat olmadı,

Bircə an məqsəddən uzaq qalmadı.

Vermişdi qərarın nə olur-olsun,

Yüzlərlə düşmənin canını alsın.

Bəlkə sakit olar qəlbi, vicdanı,

Çağırdı köməyə tək Yaradanı…

Məktub yazdı evə, vida eylədi,

Halallıq istədi, dua dilədi :

-“Vətənim dardadır, ürəyim dözmür,

Bu yurdun yurddaşı yurdunda gəzmir.

Qurub torpağımda yağı zastava,

Yerli xalqa qoyub yasaq, qadağa.

Gedirəm, düşməndən qisas alacam!

Bu yolda Şəhid ya Qazi olacam!

Dedi, halal edin əməyinizi,

Şəhid olsam, əsla üzməsin sizi,

Belə böyütmüsüz axı, siz məni,

Doğma ana bildim hər vaxt Vətəni.

Bitirdi məktubu qətiyyət etdi,

Yazdı son sözlərin, vəsiyyət etdi.

Çıxdı partizan tək gizlin, yaraqlı.

Getdiyi haqq yoldu, əmindi ağlı.

Məqsədi- dağıtmaq hərbi hissəni,

Güldürsün azacıq qisas hissini.

Uzun yol gət etdi, yatırdı düşmən,

Yetişdi yağıya bəlli etmədən.

Çiynində silahı, ruhda cəsarət,

Çaşdırdı düşməni, saldı qiyamət.

Pərən-pərən düşdü axmaq erməni,

Təxmin edəmmirdi gələn gülləni.

“Çaylı döyüşü” tək tarixə düşdü,

Tarix belə döyüş heç görməmişdi.

Təkbaşına igid, cəsur qəhrəman,

Böyük zastavaya tutmuşdu divan.

Od vurdu yağıya mənim bozqurdum,

Sanki döyüşürdü böyük bir ordum.

Hardandı bu basqın, çaşmışdı düşmən,

Ağlın itirmişdi baş verənlərdən.

Əfsanə qəhrəman məşhur Mehditək,

Göstərdi yağıya gücünü gerçək.

Məkrli planı pozdu Mübariz!

Adın tarixlərə yazdı Mübariz!

***

VI HİSSƏ

Lələtəpə döyüşü.., İlk zəfər

Bir aprel gecəsi qarışdı ara,

Yağılar başladı  təxribatlara.

Bizim igidlər də verməyib aman

Döyüşə girdilər iki cinahdan.

Düşməni çaşdırıb pərən saldılar,

Yağılar zərbədən çaşıb qaldılar.

Ən öndə gedirdi Samid komandir,

Ordumuz görmüşdü tutarlı tədbir.

Göstərib əzmini, gücünü ordum ,

Hazırdı qisasa, qurtulsun yurdum.

Düşmənlə çox ağır döyüş gedirdi ,

Ordum  yağıları məğlub edirdi.

Bilirdi mərdlərim hərbin dilini,

Aldı Lələtəpə yüksəkliyini.

Elə ki, üstünlük alındı ələ,

Yenə də qarışdı “qlava lələ”.

Xain tülkü  yenə qurdu pis plan,

Səs salıb aləmə car çəkdi elan;

– “Gərək qırılmasın insan boş yerə,

Danışıq yoluyla tapılsın çarə”

Məqsəd tam başqaydı, vaxtı uzatmaq,

Odu körükləyib, ocağı çatmaq.

Bəla davam etdi bax, uzun illər,

Keçdi üstümüzdən qapqara yellər…

Sürdü uzun zaman təcavüz, işğal,

Türkün düşmənləri oldular xoşhal…

Güya danışıqlar baş tutar sözlə…

Millətim, otuz il “gözlə ki, gözlə!”

ATƏT-dən gəldilər, “ağardı” yollar,

Xərcləndi bu işə milyonca pullar…

Gəlmələr başıma “corab toxudu”.

İşğalçı bizlərə meydan oxudu…

Dirənmişdi artıq bıçaq sümüyə,

Hazırdı millətim sözün deməyə.

Xalqım ayaqdadır, bənddir bir himə,

Qisas hissi hakim olub öfkəmə…

Xalq fərman gözləyir bir nəfər kimi,

Kəsir qisas hissi bir zəhər kimi:

-“Yetər! Azad edək yurdu, torpağı,

Kəsilsin bu yerdən düşmən ayağı!”

Tükənmir vətənin dərdi, tasası,

Mədlərin qəlbində torpaq qisası,

Başında igidlik, qeyrət havası

Vətənsevən kəslər qəlbən yanırdı!

Azadlıq eşqilə alovlanıbdı!

***

VII HİSSƏ

QƏSBKARLARIN YENİ TƏXRİBATLARI

GENERAL POLAD HƏŞİMOVUN ÖLÜMÜ

İki min iyirmi gəlib yetişdi…

Haylar da yeni bir həvəsə düşdü.

Tamam quduzlaşdı, tamam qudurdu,

Yeni xəritələr, xəyallar qurdu.

Diş altdakı tamah başına vurdu.

Tovuz bölgəsinə artdı tamahı,

“Sağımdan”,”solumdan” aldı silahı.

Gah tankdan, gah topdan- artilleryadan

Atəş yağdırırdı vermədən aman.

Düz beş gün təxribat törədib yağı,

Gizlin soxulurdu tülkü sayağı.

Bütün silahların salmışdı işə,

Tutulmuş atəşə hər bucaq, guşə.

Düşmən qudurmuşdu, həddin aşırdı,

Xalqımın qəzəbi coşub daşırdı!

Ordumun döyüşkən, mərd insanları,

Vətənin fədakar qəhrəmanları;

General-mayordu Həşimov Polad

Polkovnik Mirzəyev, leytenan Rəşad,

Mayorlar Əhmədov, Anar Novruzov;

Yağının başına tökdü od-alov!

Cəbhədə ərənlər göstərib hünər,

Çəkmişdi düşmənin önünə sipər.

Polad Generalım, igid, qəhrəman

Cəbhədə neçə yol çıxmış sınaqdan,

Döyüşən heyətin içindəydi O,

Böyük bir alayın gücündəydi O!

Cəbhədə cəngavər biçimdəydi O!

Dönmüş öz xalqının üz ağlığına,

Ordum güvənirdi qoçaqlığına!

Aprel döyüşündən keçmiş sərasər,

Yox idi gözündə qorxudan əsər,

Onu çox sevirdi ağıllı kəslər,

O həm generaldı, həm adi əsgər.

Əsgərin, zabitin əzizi, dostu,

Yurdu azad görmək məramı, qəsdi

Gözü tək hifz edib qorudu postu.

Əsl cəngavərtək girib meydana,

Hərb dərsi keçirdi Polad düşmana.

General getmişdi ön xəttə sari,

Gəzib yoxlayırdı bütün postları.

Yaralı ilana dönmüşdü düşmən,

Qorxmurdu mərdlərim yağan mərmidən.

Hücum dəf edildi, kəsildi önü,

Düşmənlər anladı yanıldığını.

Tarixə yeni bir döyüş yazıldı,

Yağılar özünə quyu qazırdı.

General vuruldu ağır döyüşdə,

Yandı ürəyimiz, yandı atəşdən!

Fəqət bu son oldu, daşdandı səbr,

Dirəndi sümüyə çəkilmiş cəbr.

Xalqım “Qisas” deyib, qalxdı yerindən,

Səda gəldi elin igidlərindən:

Yetər! Bunca yetər, dözdük, dayandıq!

Haqqı anlayacaq düşmən, inandıq.

“Çıx”, deməklə çıxmaz ayı darıdan!

Bizə qeyrət verib bizi Yaradan!

Otuz il gözlədik, bitmədi “oyun”?!

Nə qədər çəkərik nazını hayın?!

Bir milyon qaçqınım yurdun istəyir,

Yerinə yetirək gərək istəyi!

***

Mərdlər axın etdi, meydanlar doldu,

Bütün millətimiz səfərbər oldu.

Gəldi axın-axın gənclər, igidlər:

-“Göndərin, döyüşə gedək”-dedilər.

“Nə qədər gözləyək, səbr daşdandı

Qaçqın düşən gənclər artıq yaşdandı!

Minlərlə soydaşım nigaran getdi,

Gözəl yurdlarımız tapdağda itdi.

***

Erməni qudurub, vermərəm deyir,

Yandaş ağalardan dəstək gözləyir.

MİNSK qrupu “sülhə” səsləyir.

Axı sülh dediyin işğalla olmur!

Tərəf tutularsa haqq zəfər çalmır!

Güya tərəfsizdir “hakimlər” sözdə,

Bizə münasibət tamam yad, özgə…

Bir yolluq qoyulmur bu işğala son,

Davam edir hiylə, məkrli oyun.

Artıq ordum, dövlət gəldi qərara

Son qoymaq istədi təxribatlara.

Bir oldu millətin, rəhbərin sözü,

Ali Baş Komandan əmr etdi özü:

“Yetər ki, səbr etdik, düzlənin görək!

Nizamlansın ordum dəmir yumruqtək!”

Bu əmr, bu fərman ruh verdi xalqa,

Yaradan dayaqdı, köməkdi haqqa!

Səs verdi Vətənin səsinə ellər!

Sanki məcrasına sığmadı sellər!

Qeyrət, hünər dolu igid ərənlər,

Cəngə hazır oldu vətənsevənlər!

Qisas deyib girdi ordum meydana!

Döndü oğullarım qurda, aslana!

Vətənə, torpağa böyük sevgini,

Yağıya, düşmənə qəzəbi, kini,

Güc verdi qoluna, ürəyə, qəlbə,

Bizim olacaqdır dedik qələbə!.

Dönüb dağ selinə hər yeri aşdı,

Dağıtdı sədləri, düşmənlər çaşdı.

“Ohanyan səddindən” qalmadı əsər,

Dağılıb məhv oldu beton səngərlər.

“Böyük qardaşına” güvənən düşmən,

Ağlın itirmişdi gördüklərindən.

Ordumuz 44 gün bir an durmadan,

İgidlik göstərib yazdılar dastan.

Qovuldu yurdumdan işğalçı yağı,

Ucaldı Şuşamda zəfər bayrağı!

***

Bizim igidlərin şücaətindən,

Cəbhədə əzmindən, rəşadətindən

Düşmən də yazırdı, dost da yazırdı,

Mərdlərim yağıya quyu qazırdı.

***

Yurd üçün oğullar canından keçər,

Həyatından keçər, qanından keçər,

Ölüm qorxub onun yanından keçər.

Kişilik simvolu, ərdi igidlər,

Qeyri-adi bəşər, nərdi igidlər!

 

Qayadan yonulub iradə, dözüm

Mətanət, dəyanət, cəsarət, əzim

Hünərin saymağa acizdi sözüm.

Məğlubedilməzdi, şirdi igidlər,

Qeyri-adi bəşər, nərdi igidlər!

 

Ağır sınaqlardan keçər anbaan,

Hirsi qarşısında dayanar zaman,

Aqillər söz açar insanlığından

Dağıdar möhnəti, dərdi igidlər,

Qeyri-adi bəşər, nərdi igidlər!

 

Çoxdu torpağımın igidi, mərdi,

Xalqın güvən yeri, düşmənin dərdi,

Oğullar qoruyur torpağı, yurdu.

Soyumun davamı, ardı igidlər,

Qeyri-adi bəşər, nərdi igidlər!

***

Aslan biləklidir  bizim cavanlar,

Qeyrətlə, hünərlə dastan yazanlar.

Vətən, yurd eşqinə keçib qanından,

Çəpər yaratdılar şirin canından,

Dedilər:- “Vermərik pay torpağımdan!”

Ərənlər düşmənə həmlə vurdular,

Yağının ordusun dağıdırdılar.

Tökülmüş yollara çaqqala taylar,

Atıb leşlərini qaçırdı haylar.

Şuşanı fəth edib ordum hünərlə,

Göstərdi gücünü böyük zəfərlə.

Ordum əzmliydi bütün torpağın,

Alsın, yağıların kəssin ayağın.

Qovulsun gəlmələr bizim yerlərdən.

Qurtulsun işğaldan, sevinsin Vətən.

Xainlər  hiss etdi bitir bu oyun,

Yetdi harayına “cənablar” hayın.

Rus, fars, fransız da düşdü təşvişə,

Şeytan xislətlilər qarışdı işə.

Gördülər ordumun qələbəsini,

Oxudular yenə “sülh” nəğməsini.

Putin gecə yarı verdi qərarın,

Soxdu torpağıma “rus ayaqların”

Güya “sülh məramlı” gəldi yetişdi,

Ordum durduruldu, qərar dəyişdi.

Yenə dəbə mindi “sülh söhbətləri”,

Yenə “böyük qardaş nəsihətləri”

Kəsdi qələbəmin önünü zalım,

Bitmədi biryolluq yurd qalmaqalım.

Məğlub bayrağını qaldıran anda,

Yenə də düşmənin şansı tanındı…

***

EPİLOQ ƏVƏZİ

Ağ ya qara olsun, ilana lənət,

İlanı evimə salana lənət!

Əsrlərdir çəkdik “marın” cəhrindən,

Bu xalq nələr gördü torpaq qəhrindən?!

Ürəklərdən ağrı-acı getməyib,

Çəkdiyimiz qəm havası ötməyib,

Yağıların məkri, kini bitməyib;

Dəyişir rəngini düşür hər silkə

Qoymur sülhə gəlsin bu iki ölkə.

Elə ki, araya sakitlik çökür,

Təxribatçı “ağa” planlar çəkir.

İmkan vermir əsla bağlansın saziş,

Tanınsın sərhədlər, qurtarsın bu iş.

Güya “sülhməramlı” adıyla qalxıb,

Üzünə yalançı maska da taxıb,

Gah ona dərs keçir, gah da ki, bizə

Fürsət vermir əsla gələk üz-üzə.

Türklüyün düşməni çəkir planlar,

Nifaq davam etsin, tökülsün qanlar.

Bitsə münaqişə, bağlansa saziş,

Rusun ordusuna qalmayacaq “iş”

Çəkilib getməli olsa, bu yerdən,

Bunu qəbul etməz Putin qətiyyən.

Hələ müsəlmanam söyləyən İran,

Ermənidən betər qoparıb şivən:

“Ay aman , qırıldı, əzildi haylar,

Qoymarıq durulsun bulanıq çaylar”.

Deyir, ”Zəngəzurdan keçməsin dəhliz,

Bizlər nə söyləsək, əməl edin siz.”

Görüb ordumuzda güc, qətiyyəti,

İki oyunbazın artır nifrəti.

Qorxur hər ikisi bitər bu dava,

Güclənər türkçülük, dəyişər hava.

Haqq-ədalət mütləq zəfər çalacaq!

Əzəl- axır dünya TÜRKÜN olacaq!

S O N