Elsevər Bəydəmirli, şeir

Qürbət

 

Yenə sarıb məni həsrət dumanı,
Nə vaxtacan köksüm dağlarsan qürbət?!
Özlədim vətəni, eli, obanı
Niye yollarımı bağlarsan qürbət?!

 

Saldın xəyalına ötən çağların,
Baxıb uzaqlardan oldum ağların,
Həsrəti dağ olan uca dağların,
Billur sularıtək çağlarsan qürbət!

 

Aldandıq verdiyin şavaşlarına,
Girdik dolanışıq savaşlarına,
Qıyırsan anamın göz yaşlarına,
Gün olar sən özün ağlarsan qürbət!

 

Vüslat gəlmir, günlər günə calanır,
Dağlar dözə bilməz, insan dayanır.
Qoyursan qazana, bağrımız yanır,
Altından qalayıb buğlarsan qürbət!