Bakıda hava

Mayın 15-i günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20 metr/saniyə, arabir 23-25 metr/saniyəyədək güclənəcəyi, mayın 15-dən 16-sı gündüzədək isə fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.

Mayın 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir saniyədə 18-23 metrədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi kiçik çaylardan qısamüddətli daşqın keçəcəyi ehtimal edilir.