AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQI SSENARİ MÜSABİQƏSİ ELAN EDİR

Xəbərlər

Vətən müharibəsi təkcə ordumuzun yox, arxa cəbhədəki insanların şücaəti ilə də yadda qaldı. “Arxa cəbhə insanları” mövzusu dünya kinosu üçün münbit sahə olaraq, kino tarixinə ölməz şedevrlər bəxş edib. Bu mövzuda kino tariximizin  Qızıl fonduna daxil olan filmlərimiz var: “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”,  “Tütək səsi”, “Mən ki gözəl deyildim” və s.

Vətən müharibəsində arxa cəbhədə olan sadə insanın həyatında müharibənin əks-sədasını göstərmək, qazanılan qələbədə onların oynadığı rolun böyüklüyünü tarixə həkk etmək üçün Azərbaycan Kinematoqrafçılar İttifaqı “Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edir.

Müsabiqədə iştirak üçün qısametrajlı bədii filmin ssenarisi, heç bir janr məhdudiyyəti olmadan, 52 dəqiqəni keçməmək şərtilə (şrift: Courier New, ölçü: 12) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa) əlaqə telefonu və e-mail ünvanı) birlikdə elektron variantda info@aki.az email ünvanın “Arxa cəbhənin insanları” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir. Bir müəllif maksimum üç ədəd ssenari təqdim edə bilər.

Ünvan:  Bakı şəhəri, Bülbül prospekti 30

Son müraciət tarixi: 1 may 2024-cü il