Ayaz Imranoglundan əhvalatlar

Ayaz İmranoğlu

Seyid malı

 

Bir həftə olardı ki, oba yaylağa çıxmışdı. Hər yan çiçək dənizi idi. Təbiət öz gözəlliyini insanlar üçün sərgiləmişdı. Hər çiçəyin öz ətri, öz rəngi vardı…
Atakişi əmi qurduğu alaçığın dörd tərəfinə kiçik qarım çəkirdi. Ona görə ki, yağış yağanda alaçıqdan süzülən su içəri dolmasın.
Seyid Baxşəli baba sübh namazını qılıb dostu Fətalı kişigilə getmişdi. Dostu yaylağın aşağısındakı kəndlərin birində yaşayırdı.
Gün günortanı keçmişdi. Aynisə nənəm nigaran-nigaran baba gedən yola tez-tez boylanırdı.
Nəhayət babam gəlib çıxdı. Qarşısında da iki qoyun.
Babam dincini aldıqdan sonra Atakişi əmiyə dedi:
-Fətalı məni yola salanda “seyid bu qoyunları sənə pay veririk, onları da özünlə apar”-deyə məni təəccübləndirdilər. Nə illah elədim, fikirindən döndərə bilmədim, əlacsız qalıb razılıq verdim. Baş- başa bağlanmış qoyunları qabağıma qatıb yaylağa gəlirdim. Günorta namazının vaxtı idi. Yol uzaq olduğuna görə namazı saxlaya bilməzdim. Odur ki, namaza durdum. Yenicə qalmağa başlamışdım ki, hənirti eşitdim. Gördüm, baş- başa bağlanmış qoyunlar hürküşüb yalı aşdılar. Arxalarınca da bir qurd düşüb. Qoyunlar gözdən itdilər. Mən namazı yarımçıq saxlaya bilməzdim. Namazı sona çatdırıb, qoyunlar qaçan, qurd qovan tərəfə götürüldüm. Nə görsəm, yaxşıdı?! Qoyunun biri bir tərəfə, biri digər tərəfə çəkir. İplər qarışıb bir-birinə, dartışırlar. Qurdsa iki qoyunun arasında yerdə sürünür. Sən demə, qurd qoyunlara çatanda, qoyunun biri sağa, o biri sola qaçır ki, canlarını yırtıcıdan qurtarsınlar. Bu zaman qoyunların başına bağlanmış ip keçir canavarın(qurd) boğazına.
Yaxınlaşıb ipi ölmüş canavarın boğazından açdım. Qoyunları qabağıma qatıb alaçığa gətirdim.
Yenilməz arqument