Ankaradakı terror aktını PKK öz üzərinə götürdü

Terror təşkilatı olan Kürdüstan İşçi Partiyası (PKK) Ankaranın mərkəzində bu gün törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Xatırladaq ki, yerli vaxtla saat 09.30 radələrində Türkiyə Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinin girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib.
Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.

Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb.

Qiymət