“Aktyorlar üçün xüsusi qəbiristanlıq yaradılsın”

Xalq artisti Afaq Bəşirqızı “ATV səhər”ə açıqlamasında: “Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbiristanlıq yaradılsın. Çünki aktyorlar, incəsənət adamları rəhmətə gedəndə hamı qalır bir-birinə baxa-baxa. Çətinlik çəkirlər, Qurd qapısından, Xırdalandan xəbər verilməyini gözləyirlər”. -söyləyib.

Rusiyada olan Novodeviçye qəbiristanlığını misal göstərərək, xalq artisti Azərbaycanda da eynisinin yaradılmasını təklif edib: “Tanınmış aktyorlar bir yerdə dəfn edilməlidir. Novodeviçye qəbiristanlığına giriş bizim pulla 5 manatdır. Oradan yığılan pul isə işçilərə verilir. Onlar da qəbirləri, otları təmizləyir, çiçəklər əkirlər”.