8 yaşlı oğlunun cinsiyyətini dəyişməsinə mane olmağa çalışan amerikalı uduzub

8 yaşlı oğlunun cinsiyyətini dəyişməsinə mane olmağa çalışan amerikalı ata məhkəmədə uduzub.

Nyu-Yorkdan olan Dennis Hannon keçmiş həyat yoldaşı Emini kiçik oğlunu qız olmağa məcbur etmək cəhdlərinə görə məhkəməyə verib. Ana uşağı gender terapevtinə aparır və hormon terapiyasına başlamağa hazırlaşdırırdı.

Hannon sonda məcburi cinsiyyət dəyişməsini dayandırmaq üçün məhkəməyə müraciət etdi. Məhkəmənin qərarı nəticəsində isə o, oğlu ilə bağlı tibbi qərarlarda səsvermə hüququnu itirib.