Vaqif Mustafazadənin xatirəsinə həsr olunan sərgi

Xəbərlər

Salyan rayonunda Azərbaycanda caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin xatirəsinə həsr olunan sərgi keçiriləcək.

Məşhur cazmen və bəstəkarın vəfatının 45-ci ildönümü münasibətilə “Caz rəsmlərdə” adlı yaradıcılıq sərgisi martın 15-də Salyan Dövlət Rəsm Qalereyasında təşkil olunacaq.

Peşəkar, gənc və yeniyetmə rəssamların əsərlərinin nümayiş olunacağı sərgi martın 30-dək davam edəcək.

Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.