Daha bir azyaşlıya aid insan qalıqları aşkar edilib

Bakı, 29 fevral.

Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı bu gün daha bir azyaşlıya aid insan qalıqları aşkar edilib, bununla da kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 5 nəfərə (onlardan 2-nin azyaşlı olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib.

Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində hadisə yerinin müayinəsi davam etdirilir.