Fransa vətəndaşı lotereya elektron biletini doldurarkən iştirak etmək istədiyi 13 yanvar tirajını seçsə də, səhvən 14 yanvar tirajını qeyd edib. Bu səhv nəticəsində lotereyada 17 milyon avro udub.
1.2022-ci ilin noyabrında Amerikada oynanılan Powerball lotereyasında tarixdə ən böyük 2 milyard dollarlıq cekpot oynanıldı.Qalib, Kaliforniyadan olan Edvin Kastro uğurlu biletin sahibi oldu.
2.Əvvəlki dünya rekordu da Powerball lotereyasında qeydə alınıb. 2016-cı ilin yanvarında orada demək olar ki, 1,6 milyard dollar cekpot olub. Üç biletin sahibləri kombinasiyanı təxmin etikləri üçün, mükafat üç yerə bölünüb.
3.Digər məşhur Amerika lotereyası Mega Millionsnın bilet alıcısı 2018-ci ildə 1,5 milyard dollardan bir qədər çox olan cekpotu qazandı. O, adının açıqlanmasını istəmədi.
4.2022 rekordundan əvvəl Powerball lotereyasında ən böyük tək biletli uduş 2019-cu ildə oldu. Bir şəxs 768,4 milyon dollarlıq biletə sahib oldu.
Avropadakı EuroMillions lotereya uduşları da böyükdür. Onun ən böyük cekpotu 230 milyon avro olub.O, 2022-ci ilin iyulunda Böyük Britaniyada oynanılıb.
5.Rusiya lotereyaları tarixində ilk dəfə 1 milyard rubl məbləğində uduş 1 yanvar 2020-ci il tarixində Moskva vilayətinin sakini Nadejda Bartoşa düşdü.
6.Rusiyada ikinci lotereya milyarderi Nijni Novqoroddan olan çilingər Aleksandr Zemskov oldu. Qələbəsini o, «Yeni il milyardı» verilişinin efirində eşidib, ancaq «baş verənlərə inana bilmədim» deyə, uduşları rəsmiləşdirmək üçün Moskvaya iki aydan sonra gəlib.
7. Çinin Union lotereyası, təxminən 90 milyon dollar ilə Pekindən bir qalibi milyonçu etdi
Asiyada ikinci yer də Çindən gələn qumar əyləncələrinə aiddir — 2009-cu ildə «İki rəngli top» xeyriyyə lotereyasında qalibə 52 milyon dollar ödənildi;
Asiyada üçüncü yer Koreyadan olan bir şəxsə məxsusdur — 2003-cü ildə o, təxminən 33 milyon dollar qazana bilib.
Fransa vətəndaşı lotereya elektron biletini doldurarkən iştirak etmək istədiyi 13 yanvar tirajını seçsə də, səhvən 14 yanvar tirajını qeyd edib. Bu səhv nəticəsində lotereyada 17 milyon avro udub.
2021-ci ilin oktyabr ayında Fransa Polineziyası sakini həmin “EuroMillions” lotereyasında 220 milyon avro udaraq bu oyunun rekord cek-potunu qazanmışdı.