Vəfa xanıma uğurlar

Xəbər verdiyimiz kimi, Azərbaycanlı qadın Vefa Aktuz Türkiyə parlamentində deputat olmaq üçün öz namizədliyini irəli sürüb.

Vəfa Sadiq qızı Əliyeva ( Aktuz ) Azərbaycanın qədim şəhəri, Şeyx Nizami yurdu Gəncədə dünyaya göz açıb. Atasının işi ilə əlaqədar üç yaş yarımında Rusiyaya köçüblər.

Fəlakətlərlə üzləşən Vəfa Rusiyada hər iki ayağını və qardaşını itirir. Bu ağır, dözülməz hadisələrdən sonra valideynləri Gəncəyə qayıdırlar. Onlar üçün ağır da olsa Vəfanı məktəbə qoyurlar. Maddi durumların çətinliyinə baxmayaraq orta təhsilini başa vurur. Ali təhsil alır, müalicə üçün Türkiyəyənin İstanbul şəhərinə gedir. O, orada hər zaman dayağı olacaq ömür — gün yoldaşını tapır — Mehmet Aktuz ilə ailə qurur. Gözəl, nümunəvi ailələri var. Onlar əl — ələ verib iş birliyi qururlar. Bir neçə ildir ki, siyasi həyatda fəallıq göstərir. » Kimsəsiz Uşaqlar və Qadınlara Yardım» İctimai Birliyinin Sədridir. Bir — birindən maraqlı layihələr qurur. Vəfa xanım Aktuzu həmin ictimai təşkilat may ayının 14- də keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Vəfa xanım Aktuz hər zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi fəaliyyətini dəstəkləyib və bu gün də dəstəkləyir. O bilir ki, cənab Tayyib Ərdoğan siyasəti Türkiyə üçün uğur gətirəcək.

Vəfa xanıma bu çətin və şərəfli işinizdə uğurlar arzulayıram!

Yolunuz açıq olsun Vəfa xanım!

Hüseyn İsaoğlu (Məmmədov ) Yazıçı-publisist.

Qiymət