«Uduzmuşam və kişi kimi çəkilmişəm kənara»

Xəbərlər

 

Keçmiş ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayev BBC Azərbaycana müsahibəsində deyib.

O, bildirib ki, bununla bağlı ona çoxlu suallar verilib.  ANS-in Fətullah Gülənlə bağlı müsahibədən sonra bağlandığını da tədiqləyən keçmiş ANS rəhbəri bildirib ki, onlar son instansiya məhkəməsinə kimi gediblər.

«Fakt olaraq bu məsələ oldu və son məhkəməyə qədər mübarizəmizi apardıq. ANS-lə bağlı instansiya məhkəmələrini sona qədər getdik və uduzduq. Uduzmuşam və kişi kimi çəkilmişəm kənara. Udmağı da uduzmağı da bacarıram. Çünki adam uduzanda kişi kimi uduzmalıdır. Biz bu hadisədə uduzduq. MTRŞ bizi uddu. Söhbət qutardı».

Qeyd edək ki, ANS TV 2016-cı ilin iyulunda Fətullah Gülənlə müsahibəni yayımlayacağını elan etdikdən sonra TV-nin yayım lisenziyası ləğv edilib.