Tofiq Hesenli -Uzun saçlarına əlim çatmayır- şeirlər

Tofiq həsənli

Anlamaz

 

Yansam da şəm tək,pərvanə anlamaz,

Divanəyəm,məni divanə anlamaz.

 

Islatdı əllərim zülfün şəlaləsi,

Bu zülfün adətin hər şanə anlamz.

 

Ağlım ki,seçmədi meyxanə küncünü,

Neyçün inandı bəs şeytanə-anlamaz…

 

Hər adəmin ki,var bir ayrı xisləti,

Namərdin hissini mərdanə anlamaz.

 

Uğrunda xalqımın ölmək şirin gəlir,

Xalqın  məhəbbətin biganə anlamaz.

 

Tənha məhəbbəti sahmanə salmağı,

Bayquşlar anlayar,viranə anlamaz.

 

Mey içməsəm belə,meyxanədir yerim,

Tofiq,bu eşqi heç meyxanə anlamaz.

 

Vətəncan

 

Qurtardı işiq kartda, canım çıxdı,vətəncan!

Bitmiş nəfəsim sinədə tıncıxdı,vətəncan!

 

Yıxmazdı toyuq-zad məni,ət dərdi,yağ eşqi,

Bircə məni dağ kommunalın yıxdı,vətəncan!

 

Baxdım suya bitmiş o da,bir qazpilulu qalmış,

Qaz turbasıdı,yoxsa bu çarmıxdı,vətəncan?!

 

Ömrüm tükənib,pensiyama on bir ilim var,

Illər sıxılan qəlbimi çox sıxdı,vətəncan!

 

Pay gəlmədi neftən,sosial etmədi yardım,

Can çıxmadı,əldən olanım çıxdı,vətəmcan!

 

Düşdüm ki,sənin eşqinə əğyarlər artdi,

Pak eşqin ilişməkdən ötər mıxdı,vətəncan!

 

Tofiq balana bir tikə pay düşmədi səndən,

Bir çayqaşığı haqqımı kim tıxdı,vətəncan?!

 

 

Uzun saçlarına əlim çatmayır

 

Uzun saçlarına əlim çatmayır,

O qədər kiçilib xırdalanmışam.

Ürəyim bulanır,başım hərlənir,

Deyəsən başına çox dolanmışam.

 

Sussaq-bəlkə özü səadət dinə;

Bu eşqin baxti nə,səadəti  nə…

Mən sənin bəxtinə,səadətinə,

Qara ləkə salan ağ yalanmışam.

 

Sənə əyilmədim, sözə əyildim,

Söz olub,səninüçün hər gün deyildim.

Səni sevənəcən tənha deyildim,

Səni sevən gündən tənhalanmışam.

Qiymət