Tarixin bu günü,22 mart, Uluqbəy, Məhəmməd Tarağay: 22 mart 1394, Sultaniyə, Azərbaycan

Fikirlər Xatirələr

Fitnələrin qubanı olmuş alim.

Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Azərbaycan – 27 oktyabr 1449, Səmərqənd, Özbəkistan) — riyyaziyyatçı, astronom. Teymurləngin nəvəsi.

1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olsa da, siyasətdə idarəçiliyə yaramayan dövlət adamı olmuşdur. Pis hərbçi, lazımsız sərkərdə olaraq, çox savaşları uduzmuşdur. Ona qarşı üsyan edən doğma oğlunun qoşunlarına məğlub olandan sonra oğlundan Məkkəyə getməyə icazə almışdır. Səmərqənddən çıxarkən, islam tarixində hər yeniliyin, elmin-zəkanın qənimi olan mollaların fitvası ilə oğlu tərəfindən Uluq bəy islam ehkamlarından uzaqlaşmaqda suçlanaraq ölüm hökmünə məhkum edilir. Uluq bəyin əl-qolunu bağlayaraq Səmərqənd yaxınlığında yol üstündə bir arxın kənarına gətirirlər və diz çökdürürlər. Çapar qılıncla vurduğu bir zərbə ilə böyük alimin başını bədənindən ayırır. 1449-cu ilin oktyabrın 22-də dünya bu böyük alimi itirir. Mollalar, cəhalət, xəyanət növbəti dəfə ingişafın, tərəqqinin və elmin üzərində qələbə çalırlar.

Uluqbəy yaratdığı rəsədxana elm ocağı bütün dünyada məşhur olur. Böyük alim yeni riyazi hesablamalar vasitəsilə o dövrdə yol verilən astronomiyadakı bir çox səhvləri dəqiqliklə düzəldir. Bu böyük alimin apardığı hesablamalardakı dəqiqlik öz dövrü üçün görünməmiş bir iş olur. Onun yaratdığı hesablamalar, səmada ulduzların xəritəsi, planetlərlə bağlı cədvəllər yüz illiklər ərzində ən dəqiq hesablamalar kimi qalır. Alimin ölümündən sonra, əsərləri islam dünyasında unudulsa da, bir neçə əsr Avropa dillərinə tərcümə edilərək, təhsil ocaqlarında dərs vəsaitinə çevrilir.

 

12-13-cü əsrlərdə din xadimlərinin islam dünyasında elmə-tərəqqiyə başlayan və sonu bilinməyən misilsiz hücumları işi o yerə gətirib çıxarmışdı ki, zəmanəsinin bu böyük aliminin – fizikaçı, astranom, riyaziyyatçı alimin nəinki əsərləri unudulmuşdu, hətta, böyük elm ocağı olmuş rəsədxananın yeri daha heç kimə məlum deyildi. Nəhayət, 1908-ci ildə rus alimi V. L. Vyatkin axtarışa başladı. Çar hökumətinin finans dəstəyi ilə gedən axtarış nəticəsində mədrəsənin, rəsədxananın yeri təyin edildi, qazıntı işləri başlandı.

 

22 mart 1633-cü il, iki əsr sonra

Həmin gündə, iki əsr sonra dövrünün böyük alimi Qalileo diz çökərək, çox böyük zəhmətlə başa gətirdiyi elmi araşdırmalarından imtina etdi.

İtaliyalı alim Qalileo Qaliley öz dövrünün elmi ingişafına mühüm təsir göstərmiş, zamanının görkəmli filosofu, riyaziyyatçısı, fiziki, mexaniki və astronomu olmuşdur. Qalileo planetləri və digər göy cisimlərini müşahidə etmək üçün teleskopdan istifadə edən ilk insan idi. Alim, teleskopun köməyi ilə o dövrlər üçün bir sıra görkəmli astronomik kəşflər etdi.

O, Ayda dağları kəşf etdi, Süd Yolunu ayrı-ayrı ulduzlara böldü.  Yupiterin 4 peykini kəşf etməsi müasirlərinin diqqətini özünə çəkdi.

Ən başlıcası  isə, alim öz tədqiqatında yerin günəş ətrafında fırlandığını (heleosentrizm) sübut etmişdir. Bununla o, Roma Katolik Kilsəsinin Yerin hərəkətsizliyi  və dünyanın mərkəzində yerləşməsi, günəş və digər göy cisimlərinin onun ətrafında fırlanması nəzəriyyəsini təkzib etdi.

Bu elmi kəşv Qalileyi Katolik Kilsəsi ilə ciddi münaqişəyə saldı. Alimin kəşfləri haqqında yazdığı kitablar qadağan edildi. Heleosentrizm təhlükəli bidət adlandərıldı. Galileo, inkvizisiyanın tələbi ilə 1633-cü ilin fevralında Romaya gəldi və burada ona qarşı məhkəmə başladı. O, kilsə qadağalarını pozmaqda və bidətçilikdə təqsirli bilindi.

Qalileo kəşflərindən imtina etməli oldu.

22 mart 1633-cü ildə Galileo, Giordano Brunonun ölüm hökmünü eşitdiyi yerdə diz üstə duraraq elmi araşdırmalarından imtina etdi. Ertəsi gün papa əfv yolu ilə Qalileonun inkvizisiya həbsxanasındakı həbsini ən sərt təcriddə yaşamalı olduğu sürgünlə əvəz etdi.

Ona, bidət şübhəsi yarada biləcək hər hansı bir şeyi bir daha heç vaxt ortaya gətirməyəcəyi barədə razılıq aktını imzalatdılar.

Məşhur bir əfsanə var ki, guya, məhkəmədən sonra Qaliley Yerə işarə edərək, “Necə olsa da, o fırlanır!”- demişdir. Bu yalandır. Alimə ikicə ay küçəyə çıxmağı qadağan edirlər. Bu iki ayı öz dostunun villasında Qaliley istirahət edir.

Alimin bu gün də actual olan və islamda da mollaların apardığqları dini təbliğə dəxli olan bir gözəl fikri belədir:

“Mən inana bilmərəm ki, Allah bizə bir yandan sağlam düşüncə, ağıl, hiss etmə imkanı bəxş edir, digər tərəfdən isə, bunlardan istifadə etməyi qadağan edir.”