Tamaşada insan əti kəsdilər, bişirib yedilər, cinsi əlaqəyə girdilər — Tamaşaçılar xəstəxanalıq oldu
Avstriyalı xoreoqraf Florentina Holzingerin “Sancta Susanna” operasında səhnədə insan əti kəsildikdən və cinsi əlaqəyə girdikdən sonra bir çox tamaşaçı xəstəxanaya yerləşdirilib.
Kulis.az xəbər verir ki, insan əti kəsilib, manqalda bişirilib və yeyilib. Daha sonra aktyorlar teatr səhnəsində cinsi əlaqədə olublar.
Operanın sözçüsü Sebastyan Eblinq deyib ki, şənbə günü 8, bazar günü isə 10 nəfər xəstəxanaya yerləşdirilib.
Tamaşanın yaradıcısı Florentina Holzinger sosial media hesabında bu barədə açıqlama verib:
»Tamaşada əsrlər boyu kilsədə mövcud olan stereotiplər qadın bədəni və cinsi əlaqə ilə şərh olunur. Bunların yaratdığı travmalar müzakirə edilir. Təbii ki, ədəbsiz görüntülər yarana bilər. Bu real elementlərə dözə bilmirsinizsə, tamaşaya gəlməyin. Bir daha deyirəm, zorakılıq təsvirlərinə dözə bilməyən hər kəs bu sənət əsərinə baxmağa gəlməməlidir”.
Bir səhnədə ifaçılardan birinin kürəyindən kəsilmiş «kiçik ət parçası», digərində isə digər iki ifaçının iplər taxmaq və onları yuxarı qaldırmaq üçün bədənlərinin müxtəlif yerlərindən deşik açılması nümayiş olunub.