Suyun qiyməti qalxacaqmı

 

Azərbaycanda içməli su maya dəyərindən aşağı satılır.

Məlumatına görə, bunu «Azərsu» ASC-nin sədr müavini Etibar Məmmədov «Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət» mövzusunda keçirilən brifinqdə deyib.

Qurum rəsmisi bildirib ki, tariflər normal olsa, «Azərsu» ASC daha rentabelli fəaliyyət göstərə bilər. «Tariflərin gələcəkdə artırılması üçün təşəbbüslə çıxış etmək istəyirik», — sədr müavini vurğulayıb.

«Suyun maya dəyərinin aşağı olması cəmiyyətin rentabelli işləməsinə mane olur. Həmçinin digər su təchizatı sistemlərinin yenidən qurulması dövlət büdcəsinə yönəlir. Tariflər dünyanın inkişaf eləmiş ölkərərinin tariflərinə uyğun olarsa, cəmiyyət rentabelli işləyər və öz gəlirini mərkəzləşmiş su təchizatı sistemi olmayan yerlərdə əhalinin təminatına yönəldə bilər», — Etibar Məmmədov əlavə edib.

Qiymət