Şınığa gəl

 

 

Təbiət qoynunda gözəllik gəzən,

Gözəllik görməyə    Şınığa gəl, sən.

Şehli çəmənlərdə qızıl lalədən,

Çələnglər hörməyə Şınığa gəl sən.

 

Elə bil orarda dayanıb zaman,

Qocalmaz qoynunda boy atan insan.

Hər gülü, çiçəyi min dərdə dərman,

Gül-çiçək dərməyə Şınığa gəl, sən!

 

Xaliqəm, coşuram el həvəsiylə,

Nurlu bulaqların züm-züməsiylə.

Zirvədə hay salan qartal səsiylə,

Bax, ömür sürməyə – Şınığa gəl, sən!