«SAXTA ƏSGİNAS» -hekayə- ALBERTO MORAVİA

Ədəbiyyat

Kiminsә çağırdığını eşidәndә mәn Riçorcimento meydanından keçirdim.

– Ey, cavan oğlan, işlәr necә gedir? Bu, Stayano idi. Via del Qamberrodakı qara bazarda siqaret satdığımız vaxtlar onunla curluq edirdik. Stayanonun yaxşı geyindiyi gözümә dәrhal sataşdı. Ona bildirәndә ki, bәs hazırda bekar gәzirәm, heç nәylә mәşğul olmuram (mәnim heç bir peşәm yox idi, bu sәbәbdәn özümü işsiz adlandıra bilmәzdim), köhnә dostum qoluma girib dedi ki, mәnimçün gündәlik qazancı min, iki min, bәlkә dә üç min lirә olan rahat iş tapa bilәr. Soruşdum ki, necә? O, çox uzaqdan başladı. Dedi ki, bәs çәtin zamanlar gәlib, indi hәa әlindә peşәsi olan vә öz sәnәtini yaxşı bacaranlar da gündәlik bir parça çörәyini qazana bilmir; söylәdi ki, hazırkı vaxtda guya adamlar iki tәbәqәyә bölünüb: ürәklilәrә vә ürәksizlәrә – cәsarәti olanlar hәmişә uğur qazanır, olmayanlar isә ömürlük әfәl vәziyyәtdә qalırlar. Hә, Stayano qәti әmin idi ki, mәn mәhz birinci tәbәqәyә mәxsusam, çünki mәni köhnә әyyamlardan tanıyır; keçmiş günlәr isә indikilәrdәn heç dә asan deyil. O ki qaldı mәnimçün düzәltmәk istәdiyi işә, ola bilsin, bu tәklif mәni tәәccüb lәn dirәcәk, amma onun sözünü yarıda kәsmәmәliyәm, yalnız “hә”, yaxud “yox” demәliyәm.

Mәn hәlә ki, dinmir vә özlüyümdә düşünürdüm: “Yәqin, Stayanonun tәklifi hәqiqәtәn nәsә qeyri-adi tәklif olacaq, çünki o, adәtәn, bu qәdәr qeyd-şәrtlәrә, cürbәcür düzәlişlәrә yol vermәzdi”. Hәhayәt, sözünü bitirdi vә mәn soruşdum ki, iş nәdәn ibarәtdir. Bu dәfә cavabı uzatmadı: – Pul xәrclәmәk lazımdır.

– Pul xәrclәmәk? – Hә, hә. Bax, mәn sәnә, tutaq ki, beş min lirәlik bir әsginas verirәm… Sәn gәzirsәn, fırlanırsan, şәraiti yaxşıyaxşı öyrәnirsәn… Sonra da nәsә xırda bir şey alıb pul ödәyirsәn, mәsәlәn, deyәk ki, bir fincan qәhvәnin, ya da bir qutu siqaretin ödәnişini edirsәn… Pulun qalığını gәtirirsәn mәnә, mәn dә üçdә bir hissәni sәnә verirәm.

– Gerçәk әsginasla üçdә bir hissәni? – onun sözünü bilәrәkdәn kәsdim ki, söhbәtin nәdәn getdiyini başa düşdüyümü göstәrim.

– Əlbәә, gerçәk әsginasla. Sәn mәni nә hesab edirsәn? – Bәs birdәn bilsәlәr, yalanımı tutsalar? – Burda elә bir xüsusi şey yoxdu. Dәrhal deyirsәn ki, bәs saxta pulu sәnә kimin soxuşdurduğunu bilirsәn, yalandan özünü bәrk hiddәtlәnmiş kimi göstәrib әsginası geri alırsan.

Əvvәl belә cavab vermәk istәdim ki, “Sәn dәlisәn, başın xarab olub, mәn ömründә belә işlәrә getmәrәm”, amma heç bilmirәm bu sözlәr ağzımdan necә çıxdı: – Yaxşı… Danışdıq… Belә asanca razılaşmağımdan, üstәlik dә, bunu başımla tәsdiqlәmәyә davam etmәyimdәn o qәdәr sarsılmışdım ki, heç indi dә bunun necә baş verdiyini deyә bilmәrәm. Bir sözlә, Stayano on min lirәlik saxta әsginası cibimә basıb dedi ki, mәni elә günü bu gün sınaqdan keçirtmәk istәyir vә axşam saat sәkkizә Riçorci mento meydanının bağında görüş tәyin etdi. Hәlә günorta saat iki idi.

Vә budur, artıq cibimdә on min lirәlik saxta әsginas, kefikök halda, zarafatlaşa-zarafatlaşa, oynaya-oynaya әn azı üç min lirә qazanmaq ümidindәyәm. Birdәn-birә özümü varlı vә qayğısız hesab elәdim, sanki qarşıda mәnim bir neçә saatım yox, bütöv bir hәftәm, yaxud tam bir ay vaxtım vardı. Fikirlәşdim ki, saxta әsginası xırdalamaq zamanı çatanacan – mәnә elә gәlirdi ki, bu elә dә tez baş vermәyәcәk – hәlә kef-damaq içindә yaşaya bilәrәm. Stayanonun on min lirәsindәn başqa cibimdә özümün dә min beş yüz

lirәyә yaxın pulum vardı vә fikirlәşdim ki, hәlәlik bu pulu rahatca xәrclәyә bilәrәm. Bәs necә, axı indi mәnimçün ikiüç min lirәlik gündәlik sabit qazanc tәmin olunmuşdu, özü dә uzun müddәtә. Mәn yaxınlıqdakı, via Unitadakı kafeyә yollandım, çörәyi qәhvәyә batırıb qidalandığım neçә vaxtdan bәri ilk dәfә özümә әsl sәhәr yemәyi sifariş etdim: spagei, quzu әti, bir litr dә çaxır. Fikirlәşdim, bәlkә ödәnişi saxta әsginasla elәyim, amma vurub-çıxanda baxdım ki, belәdә Staya no dan alacağım pul üç yüz lirә az olacaq; yaxşısı budur, dostumun mәslәhәt gördüyü kimi, saxta әsginası hansısa xırda şey üçün, qәhvәyә, yaxud siqaret almağa saxlayım. Odur ki, ödәnişi öz pulumla elәdim vә kürdan la dişimi qurdalayandan sonra әlimi cibimә qoyub, via Kola di Riensoya çıxdım.

Yaz çağıydı; sәmada ağ buludlar görsәnir, ilıq meh әsirdi. Arada tez-tez yağış çilәsә dә, çox çәkmirdi, ardınca günәş çıxırdı. Yarpaqları tәzә-tәzә yaşıllaşmağa başlayan ağaclara baxanda ürәyimdәn keçdi ki, şәhәr kәnarına gedim, yaşıl otun üzәrindә uzanıb heç nә düşünmәdәn sәmaya tamaşa elәyim. Amma şәhәr kәnarına qızla getmәk yaxşıdır, tәk gedәndә adam darıxır. Mәnimsә rәfiqәm yox idi vә heç tәsәvvür dә etmirdim ki, küçәdә qızı necә ovlamaq mümkündür. Beynimdә hamısını düşünә-düşünә asta addımlarla Kola di Riensonu dolaşa-dolaşa Libert meydanına gәldim, körpüdәn keçib Flaminio meydanına çıxdım. Tramvay dayana cağına çatıb әtrafa göz gәzdirdim.

Adәtәn, mәn qadınlarla ünsiyyәtә utancağam, әn çox da ona görә ki, cibimdә heç vaxt pulum olmur. Amma bax ha, gör özünü varlı hiss etmәk nә demәkdir! Mәn bir qızı gözaltı elәdim – o, tramvay gözlәyәnә oxşamırdı – baxan kimi xoşuma gәldi vә çox götür-qoy elәmәdәn yaxınlaşıb danışdım. İri, qara gözlәri olan qaraşın, alyanaq bir qızdı.

Geyimi dә ciddi idi: qırmızı toxunma kofta, qәhvәyi yubka, qatlama corablar. Öyrәndim ki, ev qulluqçusudur, adı da Matilda. Roma civarındakı hansısa yerdәn, deyәsәn, Kapranikdәndir. Yer axtarırdı özünә, hәlәliksә onun doğma diyarında monastırları olan rahibәlәrin şәhәrdәki pansionunda qalırdı. Çox tәmkinlә, bir qәdәr dә saymazyana danışırdı, amma iki-üç dәfә “sinyorina” demәyim bәs elәdi ki, mәnә qarşı daha iltifatlı olsun.

– Sinyorina, – dedim, – siz, әlbәә, Roma ilә yaxşı tanış deyilsiniz… İstәyirsiniz, mәn sizә şәhәri göstәrim? Qız guya necә davranacağını bilmirdi vә bir qәdәr tәrәddüdlә cavab verdi: – Düzünә qalsa, mәn bir sinyorinanın yanına getmәliydim… Bir sözlә, qıza “Foro İtaliko” stadionunu göstәrmәyi tәklif etdim, o da bir qәdәr tәrәddüddәn sonra razılaşdı.

Tramvayda bütün yolu zarafatlaşırdım; qız mәnә ciddi şәkildә qulaq asırdı, sonra isә qәfildәn qәhqәhә çәkir, әsl kәndçi qızlar kimi üzünü әllәriylә örtüb bәrkdәn gülürdü.

Milvio körpüsünün yanında tramvaydan düşüb sahildәki daş abidәlәrә tәrәf yönәldik. Mәn bu yerlәrә bәlәd idim vә bilirdim ki, stadionun arxasında tәpә var, tәpәnin üzәrindә isә yaşıl çәmәnlik; orda bizә heç kәs mane olmazdı. Amma hәr necә olsa qıza stadionu da göstәrmәk istәyirdim. Stadion hәqiqәtәn әzәmәtlidir: kürsülәrin әtrafında sıra ilә düzülmüş heykәllәrin hәrәsi bir idman növünә aiddir. Burda bir inscins yox idi vә başdan-başa sükuta qәrq olmuş stadion mәnә hәdsiz dәrәcәdә gözәl görsәndi. Daş abidәlәr sanki başları üzәrindәn ötüb keçәn buludlara can atırdı. Amma bu mәnzәrә qıza heç bir tәsir göstәr mәdi, hәa heykәllәrin xalis mәrmәr parçasından yonulduğunu, hәrәsinin bir tondan artıq çәkisi olduğunu izah elәmәyimin dә faydası olmadı. Qız heykәl lәrin yalnız çılpaqlığını görmüşdü vә buna ayıb şey kimi baxırdı. Başa saldım ki, bunlar canlı mәxluq deyil, daş abidәdir vә әslindә elә bu cür çılpaq da olmalıdır, yoxsa onların nәyi heykәl oldu ki. Başını piylәmәk üçün karandaşı çıxarıb çiynindәn boks әlcәklәri asılmış cavan oğlan heykәlinin baldırında yazdım: “Atillio Matildanı sevir”. Sonra qıza göstәrdim ki, oxusun. Cavab verdi ki, bәs oxumağı bacarmır. Belәcә, orasını da öyrәndim ki, bu kәndçi qız hәm dә zır savadsız imiş.

Sonra tәpәyә tәrәf yönәldik. İndi qız әvvәlki kimi iltifatlı deyildi. Tәpәyә qalxan cığıra çatanda burdan o tәrәfә getmәkdәn boyun qaçırtdı.

– Mәni axmaq hesab edirsәn? Sәhvin var, mәn sәn deyәn yelbeyinlәrdәn deyilәm… Gәl qayıdaq şәhәrә.

İstәdim zorla çәkib aparım; amma sәn saydığını say – qız sinәmdәn elә itәlәdi ki, ayaq üstdә güclә dayana bildim.

Gәldiyimiz hәminki tramvayla tәzәdәn Flaminio meydanına qayıtdıq. Acığını soyutmaq üçün onu bara gәtirib qәhvә vә pirojnaya qonaq etdim. Artıq saat beş idi.

Tәklif elәdim ki, kinoya gedәk; orda rәngli filmdәn başqa İtaliya-Avstriya futbol matçının xronikası da nümayiş etdirilirdi. Qız yenә özünü naza qoymağa başladı ki, bәs guya hansısa sinyorinanın yanına getmәlidir. Amma bunlar adi kәndçi bicliklәri idi; sadәcә, özünü qiymәtә mindirirdi.

Görәndә ki, sәbrim artıq tükәnir vә onunla xudahafiz lәş — mәyә hazırlaşıram, әlüstü razılaşdı.

Kino biletinin pulunu da cibimdәki hәqiqi әsginasla ödәdim. Qaran lıqda әlindәn yapışdım; qız әlini çәkmәdi.

Tәrslikdәn rәngli film tәzәcә başlamışdı, futbol matçını isә, tәәssüf ki, filmdәn sonra göstәrmәliydilәr. Filmә baxmaq darıxdırıcı idi, özümdә cәsarәt tapıb onun boğazından öpmәyә cәhd elәdim. Qız mәni var gücüylә kәnara itәlәyib bәrkdәn dedi: – Yığışdır әlini! Ətrafdan narazı sәslәr eşidilәndә bilmәdim xәcalәtdәn başımı hara soxum. Hiss elәdim ki, bu kәndçi qıza içimdә nifrәt duyuram. Xristofor Kolumb haqqındakı filmin darıxdırıcılığını necәsә qovmaq üçün beynimdә gündәlik xәrcimi hesablamağa başladım. Sәhәr yemәyinә üç yüz lirә vermişdim, yüz iyirmi lirә siqaretә getmişdi, iki yüz lirә qәhvә vә pirojnaya, dörd yüz lirә dә kinoya. Demәli, gün әrzindә min lirәdәn artıq pul xәrclәmişdim, özüm dә heç bir lәzzәt-filan almamışdım.

Filmin birinci hissәsi bitib, işıqlar yananda birdәn Matildaya dedim: – Sәnin kimi qadınlar yaxşı olardı kәnddә qalıb torpaqda eşәlәnsinlәr.

– Niyә ki? – O soruşdu.

– Çünki zır kәndçisәn. Şәhәr hәyatı sәnlik deyil.

Bu gönüqalın kәndçi qızın mәnә üstdәn-aşağı baxıb nә dediyini söylәsәm, inanarsınızmı? – Alıcının peşәsi mala mız qoymaqdır.

Hirsimdәn az qala onu boğacaqdım. Bir kәlmә dә danış — ma dan ayağa qalxdım, keçib beş cәrgә arxada oturdum.

Daha başqa rәftar ola bilmәzdi; o, bundan artığına layiq deyildi.

Artıq saat yeddi idi, filmin ikinci hissәsi isә qurtarmaq bilmirdi. Mәn xırdalamalı olduğum on min lirәlik әsginası vә Riçorcimento meydanında görüşәcәyim Stayanonu getdikcә daha çox düşünürdüm. Ancaq xronikaya baxmağı da çox istәyirdim vә saat sәkkizә on beş dәqiqә qalmış Xristofor Kolumb, nәhayәt, ölmәk fikrinә düşüb işıqlar yananda hesabladım ki, hәlә on dәqiqәm var, çıxan kimi әsginası xırdalamağa cumacağam. Amma sәn saydığını say – kinoproqramın necә tәrtib olunduğunu nәzәrә almamışdım: әvvәlcә fasilә oldu, sonra hansısa ayaqqabı fabrikinin, ardınca da mebel fabrikinin reklamı göstәrildi.

Ardınca yenә fasilә oldu. Nәhayәt, Allahın rizası ilә futbol xronikası göstәrilmәyә başlayanda artıq saat sәkkiz tamam idi. Mәn çılğın azarkeşlәr dә nәm: elә ki, ekranda futbolçularımızın sifәti göründü, mәn saxta әsginası da, Stayanonu da, tәlәsmәli olduğumu da, ümumiyyәtlә, dünyadakı hәr şeyi unutdum. İndi bütün fikrim-zikrim yalnız oyundaydı.

Düzünü desәm, bu mәnә әvvәlcә uğurlu kimi görünmüş bütün gün әrzindә hiss etdiyim yeganә xoşbәxt dәqiqәlәr idi.

Kinodan hәm yorğun halda, hәm dә dәlicәsinә çıxdım.

Saat doqquza iyirmi dәqiqә işlәmişdi. Yolumu gözlәyәn Stayanonu, xırdalamalı olduğum saxta әsginası, boşuna xәrclәdiyim pulları düşünә-düşünә başımı tamamilә itirmişdim. Bilmirdim hara gedim, neylәyim, nә çarә qılım.

Bir dә gördüm ki, via Kola di Riensonun o başında – Riçorcimento meydanının yaxınlığındayam.

Xoşbәxtlik burdadır!.. Kim öz bәxtini sınamaq istәyir? Qulağıma dәyәn bu çığırtılar hansısa anlaşılmaz bir ümidlә mәni әtrafa boylanmağa mәcbur etdi. Üz-gözündәn cin yağan, boynundan asdığı tabağın üstünә üç oyun kartı düzmüş qarayanız bir oğlan idi – divara söykәnib yoldan ötәnlәri oyuna sәslәyirdi. Şübhәli sifәti eynәn özününkünә oxşayan ortağı onun böyründә dayanmışdı vә özünü elә aparırdı ki, guya başı oyuna qarışıb. Qәfildәn beynimә bir fikir batdı vә qәrara gәldim ki, bu saxta xoşbәxtliyi elә Stayanonun onminlik saxta әsginası üzәrindә sınayım.

Fikirlәşdim ki, әsginası xırdaladıb pulun yüz lirәsini oyuna qoyaram vә uduzub sakitcә aradan çıxaram. Onsuz da qumar oyunları qadağandır; bu fırıldaqçıların mәni әlә verәcәklәrindәn qorxmaya bilәrdim.

Yaxınlaşıb, tabağa hәrisliklә baxa-baxa dedim: – Oynamaq istәrdim… Amma heç bilmirәm necә edim? Mәndә xırda yoxdur.

Vә әsginası cibimdәn çıxarıb onlara göstәrdim.

Boynundan tabaq asılmış oğlan kartların yerini dәyişәdәyişә tutu quşu kimi tәkrarlayırdı: – Xoşbәxtlik burdadır!.. Bәxtini sınamaq istәyәn varmı? Onun ortağı isә әlüstü mәnә yaxınlaşdı vә pulqabını çıxarıb dedi: – Lәnәt şeytana! Bәxtini sınamaq istәyәn cavan adama niyә dә kömәk әli uzatmayasan? Buyurun, verin pulunuzu.

Saxta pulu oğlana uzatdım, o da doqquz dәnә minlik, on dәnә yüzlük әsginas sayıb mәnә verdi.

Qabaqcadan düşündüyüm kimi yüz lirәni oyuna qoydum.

Tabaqlı oğlan çığırdı: – Sinyor yüz lirә qoyur… Buyurun, sinyor! Bunu deyib kartı açdı vә gördüm ki, udmuşam. Mәn bu fәndi çox yaxşı bilirdim, hәa fırıldağı necә elәdiklәrindәn dә xәbәrdaram, ancaq, ola bilsin, bәrk yorulduğumdan ümid edirdim ki, gündәlik xәrcimin әvәzini qaytara bilәrәm.

Çox da baş sındırmayıb, daha doqquz yüz lirәni karta qoydum. Bu dәfә, gözlәnildiyi kimi, uduzdum vә oradan rәdd olub getdim. Fikirlәşdim ki, düz iki min lirә pul sәrf etmişәm vә indi payıma min lirәdәn çox düşmәyәcәk. Amma heç demә әsl hәngamә mәni hәlә irәlidә – Riçorcimento meyda nınıın bağında, Stayano ilә görüşdә gözlәyirmiş.

Biz bağın xәlvәt guşәsinә çәkildik vә gәtirdiyim әsginasları sayıb verәrkәn, Stayano demәk olar ki, pullara baxmadan tәkrarlamağa başladı, axıra kimi dә öz dediyini dedi: – Saxtadır, saxtadır, bu da saxtadır, bu da, bu da…

O, әsginasları hirslә cibinә soxa-soxa düz mәnim üzümә baxıb eyni sözlәri tәkrarlayırdı: – Sәnin bütün bu kağızların saxtadır… Özü dә, bu, bizim işimiz deyil… Biz tәmiz iş görürük… Daha bunlardan da saxtası olmur. Bundan betәri bәlkә üzәrindә “Mәhәbbәt bankı”, yaxud “Min-min öpüş” yazılan kağızlar olar. Nә deyәsәn axı, bәrәkallah sәnә! Ağzı açıla qalıb yerimdә quruyub qalmışdım. Stayano isә davam edirdi: – Mәnim sәnә verdiyim onminlik әsginas gerçәk puldan qәti seçilmirdi, sәnsә mәnә doqquz dәnә elәsindәn gәtirmisәn ki, bunları heç gözdәn zәlilә dә sırımaq olmaz.

Onda mәn dedim: – Heç olmasa xәrclәrimin әvәzini mәnә qaytar.

– Sәn hansı xәrclәrdәn danışırsan? – Üç min qazanacağıma arxayın olub, ora-bura düz iki min lirәdәn çox xәrclәmişdim.

– Sәninçün lap pis… Elә bilirsәn bu әsginas havayı başa gәlib? O, mәnә düz üç yüz lirәyә oturmuşdu… Mәn yox, sәn mәnә itkinin әvәzini ödәmәlisәn.

Bir xeyli çәnә-boğaz olduq, amma Stayano mәnә bir quruş da vermәk istәmirdi. Axırda onu yalan danışmaqda, kәf gәlmәkdә günahlandıranda, Stayano verdiyim min lirәlik әsginasları cibindәn çıxartdı vә gözümün qabağındaca tikә-tikә elәyib nova tulladı. Ən çox xәtrimә dәyәnsә, gedәrkәn mәnә dediyi sözlәr oldu: – Namuslu, ciddi, mәsul işlәr sәnlik deyil. Sәndәn iyirmi yaş böyüyәm, icazә ver deyim ki… sәn çox yüngülxasiyyәt, bivec, sәhlәnkar adamsan… Sәninki elә qara bazarda siqaret satmaqdır, başqa heç bir işә yaramırsan. Xudahafiz, cavan oğlan.