Payizdır, qonaq ol yarın bağında
Payizdır, qonaq ol yarın bağında,
Bir qızıl heyvaya, bir inci nara.
Göstər ilqarını, yarın , bağında,
Bələd ol, baxırmı bir İncin, ara?
Burda ürək qoyan neçə gözəl var.
Gülüstan yaradan neçə göz, əl var.
Hamı gözəl baxır- necə gözəl var,
Bir Qönçə heyvaya, bir İnci nara.
Gözəllər kanıdır bu Qız qalası
Bəyimi nənədir, bu qiz , qalası.
Dedim , nə vaxtacan bu qız qalası.?
Ver bir müəllimə, bir incinara.
Hər gözəl bəxtinə elçilər gəzər.
Qızıldır ərkanı, elçi lər gəzər.
Vermir zalım nənə , el çilər gəzər
İkinci xoş deyil, birincin ara.
Mən də sevdalıyam — qız alım, nənə,
Nə umsa yarından qız, alım, nənə!
Pəl vursa Şahlara bu zalım nənə,
Bir inci heyvaya, bir inci nara.
Gözlə
Ay ellər, gedirəm yurdu qoruyam,
Darıxma, salamat qal ana , gözlə !
Babəkin, Poladın, odu, qoruyam,
Düşmənin koması qalana , gözlə!
Mənimçün ağlama ana, demişəm.
Gələrəm, günləri sana demişəm.
Dönməsəm el- oba ana , demişəm,
Bu vətən qalacaq qalana , gözlə!
Şahların borcu var, çatıb bu yaşa,.
Bələddir quruya , bələddir yaşa.
Oğlun da bir ərdir ay anam , yaşa!
Dönərəm alınmaz qalana , gözlə!
GÜLƏ- GÜLƏ
Bahardır, bağçanın gülşən çağıdır.
Bülbül müştaq olub ay gülə, gülə.
Gündüz baxar Günə bir gün ağlasın,
Gecə görər Ayı, Ay gülə Gülə.
Neçə nəğmə qoşdu, bəxti yarıdı,
Dedi, qismətidir, bəxti, yarıdı.
Eşq ilə bağçanın bəxtiyarıdı…
Edir nəğməsini pay Gülə, gülə.
Yara könül versə hər nə yolla yar,
Güldə görər vəfa, deyər, yolla yar!
Bülbül nigarandır, yarı yollayar,
Süsənə, Nərgizə, Aygülə, Gülə.
Ayrılıq ömrünün nəsimi olar.
Sınıq kaman kimi nə simi olar?!
Soysalar dərisin, Nəsimi olar,
Ağlamaz, sızlamaz , soy, gülə- gülə.
İncələr
Dedilər zaval yox əsla halala,
Üzülməz, olmasa haram, incələr.
Haram hallanarkən, halı hal ala,
Halal baxdı hala, haram incələr!?
İzzəti görkəmə ,boya çəkdilər,
Adını dastana , boya çəkdilər.
Qaramat ərkana boya çəkdilər,
Yarandı şövkətli haram incələr.
Zamanın urvatı ələyə qaldı.
Ələk də ələyə- ələyə qaldı.
Bir nakəs min oldu- Fələyə qaldı
İxtisar olacaq hara mincələr ?!
Yolçusan, xəyalın gedirkən ara,
Hər yolu, ərkanı gedərkən ara!
Yolun tərsə dönər, gedər kənara,
Üstünə quldurun , haramin gələr.
Harda rifah quldur, dərd- qəm, yas, ağa,
Yol varmı getməyə sola, ya sağa?!
Şahların mehrini salan yasağa,
Halından suç arar, haram incələr.
Bu dünya olmadı daha ər kanı
Bu dünya olmadı daha ər kanı,
Uyma namərd verən salama, talar!
Soydan , kökdən ara ədəb- ərkanı,
Salavat sizədir, — Salam, atalar!
Olsan əyləncəyə baz , ara baxtı.
Çoxu o şakərə az ara baxdı.
Yazma nə dəllala , bazara baxtı,
Qulam maşın alar, Salam at alar.
Arasan ruzini malda qoyunda,
Dövlətdi o ət də, o sud, o yun da
Bu həyat şahmatdır, haqqı oyunda,
Kim ki müxənnəsi sala mat, alar.
Şahların saf eşqi, düz niyyəti var.
Hər kəsə gətirmir səadəti var.
Haqqı əməlinə eyləyən avar,
Zövqü- səfasını salamat alar.
Yar
Mayıl olub yara elçi yolladım,
Sidq ilə söyləmiş » Hə » — mayıla, yar.
Sevgiyə , ilqara var etiqadı,
Uymadı zər- ziba, həmayıla yar.
Onsuz hey uzanar həyacan anım,
İstərəm can deyəm, onu can anım.
O, mənim sevgilim, nazlı cananım,
Mənə həmdəm ola , həm ayilə, yar.
Bilir ki, əyriyə tay olmaz düzüm,
Gəlsin , qədəminə çıxım gül düzüm.
Günəşdir, eşqiylə gülər gündüzüm,
Nur saçar gecəmə həm Ay ilə yar.
Bu cür Leylicamal, belə tər sinə,
Sevirəm, sevməyin düzü, tərsi nə!?
Çəkirəm sərasər sevgi dərsinə,
Qoy bilsin halımı, həm ayilə yar.
Şahlaram, bəxtimiz çıxar düyündən
Biz də kam alarıq toydan, düyündən.
Gəlib çalar aşıq öz gördüyündən,
Gün aya qovuşar , həm ay ilə , yar.