“Renault” markalı avtomobildən PM tapançası, AKM avtomatı və pasport tapılıb

Xəbərlər

Şübhəlilərin idarə etdiyi “Renault” markalı avtomobil gecə saatlarında Bryansk vilayətinin Karaçevski rayonunun Xatsun kəndi yaxınlığında aşkarlanıb. Bu barədə Aleksandr Xinşteyn məlumat verib.

Onun sözlərinə görə, avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbi ilə dayanmayıb və qaçmağa cəhd edib. Təqib zamanı atəş açılıb və avtomobil aşıb.

Nəticədə terrorçu olduğu ehtimal edilən biri yerindəcə saxlanılıb, qalanları isə meşəyə qaçıb. Tezliklə ikinci şübhəli şəxs aşkar edilərək saxlanılıb.

“Renault” markalı avtomobildən PM tapançası, AKM avtomatı üçün maqazin və Tacikistan vətəndaşlarının pasportları aşkar edilib.