Qərbin növbəti yalanına münasibət

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Avropa Parlamentinin (AP) “Aİ-Ermənistan əlaqələri” hesabatını dəyərləndirib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Tanju Bilgiç hesabatda 1915-ci il hadisələri ilə bağlı qeyd olunanlara münasibət bildirərkən, “Tarixi faktlarla və beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlər bizim üçün keçərli deyil” deyib.

Bilgiç qeyd edib ki, Avropa Parlamentinin adi bir hesabatda belə 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə əsassız iddialar irəli sürməkdə israrlı olduğu görünür.

“Tarixi faktlar və beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlərin bizim üçün heç bir əsası yoxdur. Biz Avropa Parlamentini bu cür təktərəfli və əsassız iddiaları təkrarlamaqdansa, siyasi əxlaqa və beynəlxalq hüquqa uyğun hərəkət etməyə dəvət edirik”, — deyə o bildirib.

Qiymət