Qoşqar Piriyev oğluna Rusiya prezidentinin adını qoyub.

Nijnevartovskdakı xəstəxanalardan birində qeyri-adi qoşa adı olan körpə doğulub. Uşağa Rusiya prezidentinin adı verilib.
Rusiya prezidentinin adını daşıyan körpənin atası oğluna niyə bu adı qoymağa qərar verdiyini açıqlayıb. Qoşqar Piriyevin sözlərinə görə, o, Vladimir Putinin adının onilliklər sonra xatırlanmasını istəyir.

“Oğlumun doğulacağını biləndə həyat yoldaşıma dedim ki, “Prezidentin şərəfinə onu Vladimir-Putin adlandıracağam. Prezidentimizin adını daşısın”, — deyə yeni doğulan körpənin atası Qoşqar Piriyev N1 telekanalına müsahibə verib.

Ata 20-30 ildən sonra Rusiya prezidentinin unudulmaması üçün oğlunun adını belə qoyduğunu bildirib. “Çünki o, 45 illik karyerası ərzində ölkə üçün çox işlər görüb. Bizim üçün, ruslar üçün və hamı üçün. İndi də edir”, – Qoşqar deyir.