Polad Bülbüloğlu beynəlxalq mükafata layiq görülüb

 

Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt Qəhrədə Zərb alətləri və ənənəvi incəsənət üzrə Beynəlxalq Festival keçirilib. Tədbirin son günü Misirin mədəniyyət naziri N.Əl-Kilaninin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın Xalq artisti, səfir Polad Bülbüloğlu haqqında məlumat verilib, onun ənənəvi incəsənətin inkişafındakı rolu, eləcə də diplomatik xidmətləri yüksək dəyərləndirilib.

Kulis.az xəbər verir ki, bu barədə Misirdəki səfirliyimizdən məlumat verilib.

Bildirilib ki, festival təşkilatçıları tərəfindən Polad Bülbüloğluna ünvanlanmış mükafat və sertifikat Azərbaycanın Misirdəki səfir E.Poluxova təqdim olunub. Eyni zamanda, festivalla əlaqədar dərc edilmiş kitabda P.Bülbüloğlunun həyat və yaradıcılığına həsr edilmiş məqalə də öz əksini tapıb.